İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 May, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

COP üçün yenilik olan bir təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüşdür

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Cop29 zamanı baş tutacaq işlərdən danışan ölkə başçısı qeyd edib ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq və qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməli olduğumuz, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməli və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalı olduğumuzla bağlı məsələlərin geniş aspektdə müzakirə olunacağı da bildirilmişdir. Prezident İlham Əliyev müsahibə zamanı qeyd edib: “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”.

COP29 beynəlxalq tədbirində uğurlu nəticələrin əldə olunacağına heç bir şübhə yoxdur: “Ölkəmizin sahibi olduğu geniş təcrübə və təşəbbüskarlıq bunu deməyə əsas verir. Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il müddətində körpü rolunu oyanamaqda böyük təcrübə qazanmışdır. Qeyd edək ki, bu illər ərzində ölkəmiz həqiqətən də, 120 ölkə arasında körpü rolunu oynamaqla, ciddi tərəqqiyə nail olmuşdur.

Şübhəsiz ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq.

Göründüyü kimi, iqlim dəyişmələrinin təsirləri təsəvvür etdiyimizdən də ağırdır. Bu səbəbdən də ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar kontekstində ölkəmiz iqlim dəyişmələri çərçivəsində yeni çağırışlara hazırdır. Bu, xüsusi nəzarətə götürülüb. Son 30 ildə dünyada ekoloji tarazlığın qorunması, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla fəaliyyəti nəticəsində ciddi irəliləyişlər əldə olunub. Ancaq Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklər ekologiyamıza sağalmaz yaralar vurub. Dövlət başçısının dediyi kimi: “Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib və o torpaqlar yenidən həyata qaytarılmalıdır”. Əlbəttə, Azərbaycan bu istiqamətdə böyük işlər görür. Ermənistan tərəfindən xarabazarlığa çevrilən, ölkəmizin ən gözəl regionlarından sayılan Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox əhəmiyyətlidir.

Azərbaycanın COP29-a ev sahibi seçilməsi ən ədalətli qərardır. Şübhəsiz ki, ölkəmiz bu etimadı doğruldacaq. Neft və qaz ölkəsi olmasına, 30 il müharibə şəraitində yaşamasına, torpaqlarının 20 faizinin çirkləndirilməsinə baxmayaraq, bütün bunlara qarşı ciddi mübarizə aparan ölkəmiz öz təşəbbüsləri ilə yenə də seçiləcək, təbiətə laqeyd, ögey münasibət bəsləyənləri yaşıl dünya naminə həmrəy edə biləcək.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir

Növbəti xəbər

Azərbaycan-Tacikistan əlaqələri: Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir

Əlaqədar Xəbərlər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

1 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

1 həftə əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 həftə əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

3 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

3 həftə əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Azərbaycan-Tacikistan əlaqələri: Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirir

2 gün əvvəl
Bakıda WUF13 çərçivəsində keçirilən “Beynəlxalq Gənclər Süni İntellekt” yarışmasının qalibləri açıqlanıb
Gündəm

Bakıda WUF13 çərçivəsində keçirilən “Beynəlxalq Gənclər Süni İntellekt” yarışmasının qalibləri açıqlanıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

2 gün əvvəl
Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib
Gündəm

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.