İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyul, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Fransanın neokolonial siyasəti iflasa məhkumdur

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Fransa tarixinin ən uğursuz prezidenti olan Makron yenidən ağır günlərini yaşayır. Sterik vəziyyətdə olan Makron Fransanın mayın 13-dən bəri iğtişaşların davam etdiyi Yeni Kaledoniyaya qarşı uğursuz siyasətinin nəticəsini görür. Fransanın “Le Monde” qəzetinin də yazdığı kimi, Yeni Kaledoniyadakı iğtişaşlar 1980-ci illərdən bəri ən pisidir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Şahin İsmayılov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sual oluna bilər ki, niyə  Yeni Kaledoniya Fransa üçün bu qədər önəmlidir?

“Cavab bəllidir: Əvvəla bu əraziyə nəzarət Fransaya Asiya-Sakit okeanı regionunda geosiyasi və hərbi təsirini saxlamağa imkan verir.
İkincisi, Yeni Kaledoniya nikel istehsalında dünyada aparıcı yerdədir. Üçüncüsü isə Afrikadakı uğursuzluqlardan sonra Fransanın bu bölgəni itirməsi 5-ci respublika üçün ciddi nəticələrə səsbəb ola bilər”, – deyə o qeyd edib.
O əlavə edib ki, Fransa sanki Afrikada və Yeni Kaledoniyadakı uğursuzluqlarını ört-basdır etmək üçün günahkar axtarışına çıxıb: “Hələ bunlar azmış kimi rəsmi Paris digər dövlətlərin, xüsusən də Azərbaycanın daxili işlərinə qarışmağa çalışır. Fransa erməni separatizmini dəstəkləməklə yanaşı, Yeni Kaledoniyada baş verən hadisələrdə Azərbaycanı günahlandırır. Mayın 16-da Fransanın daxili işlər naziri Darmanin “France 2” televiziyasına müsahibəsində Azərbaycanın Yeni Kaledoniyadakı vəziyyətə müdaxilə etdiyini, onun Yeni Kaledoniyada müstəqillik tərəfdarlarını  müdafiə edən siyasi qüvvələri dəstəklədiyini bildirmişdi.
“Bu, fantaziya deyil. Təəssüf ki, bəzi separatçılar Azərbaycanla razılığa gəliblər”, – deyən Darmanen, hansı müdaxilədən danışdığını isə  açıqlamayıb.
Əslində Yeni Kaledoniyadakı son iğtişaşların əsas səbəbinin yerli əhalinin Fransanın neokolonial siyasətinə dözmək istəmədiyini başa düşmək elə də çətin deyil.
Digər tərəfdən, ölkəmiz heç vaxt müstəmləkəçiliyin əleyhdarı olduğunu gizlətməyib və bunu 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tam aradan qaldırılmasına doğru” konfransının iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupunun yaradılması təsdiqləyir.
Təşəbbüs qrupunun kanak xalqı ilə həmrəy olduğunu və Yeni Kaledoniyada son seçki islahatlarını pislədiyini nəzərə alsaq, Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etiraz aksiyalarında Azərbaycan bayrağının ölkəmizə minnətdarlıq əlaməti kimi görünməsi təbii qarşılamaq lazımdır. İkincisi, hazırda Bakını guya Yeni Kaledoniyada “separatizmi dəstəkləməkdə” ittiham edən Fransa “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu” təmin etmək üçün Azərbaycan qarşısında dəfələrlə əsassız tələblər irəli sürüb və bu günə kimi İrəvanı silahlandırmaqda davam edir. Bütün bunların fonunda bəs Fransa bizdən hansı reaksiyanı gözləyirdi. Göründüyü kimi, Fransanın Afrikadakı neokolonial siyasətinin ciddi iflasa uğramasından sonra Paris beynəlxalq aləmdə kifayət qədər sarsılmış imicini hansısa yolla yaxşılaşdırmaq üçün bizim regionda öz maraqlarını təmin etməyə çalışır. Azərbaycan da öz növbəsində Fransanın siyasətindən fərqli olaraq balanslaşdırılmış siyasəti ilə Beşinci Respublikaya açıq şəkildə bildirir ki, o, nəinki Afrika ölkələrində neokolonializmin böyüməsini, hətta Parisin təxribat xarakterli addımlarını da səssizcə müşahidə etməyəcək.
Nəhayət, qeyd etmək lazımdır ki, Fransanın neokolonial siyasəti Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan çıxarılması ilə başlayan və Yeni Kaledoniyadakı hazırkı etiraz aksiyaları ilə bitən bir sıra son hadisələrdən sonra iflasa məhkumdur”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı

Növbəti xəbər

Nurlan Şakiroğlu: “Müasir təhsilin tələbi” – Prezident yanında Dövlət idarəçilik Akademiyası – VİDEO

Əlaqədar Xəbərlər

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Siyasət

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

2 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

2 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

2 həftə əvvəl
Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir
Siyasət

Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir

2 həftə əvvəl
Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”
Siyasət

Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”

3 həftə əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur
Siyasət

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

1 ay əvvəl
Növbəti xəbər
Nurlan Şakiroğlu: “Müasir təhsilin tələbi” – Prezident yanında Dövlət idarəçilik Akademiyası – VİDEO

Nurlan Şakiroğlu: “Müasir təhsilin tələbi” – Prezident yanında Dövlət idarəçilik Akademiyası – VİDEO

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

1 gün əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

1 gün əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

5 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.