İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Deputat: Bizə aid torpaqlarda mədəniyyətimizlə, tariximizlə, mənəvi dəyərlərimizlə yaşayacağıq

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müstəqilliyin bərpasından sonra ölkədə yaranan siyasi xaos, hakimiyyət davasının nəticəsində torpaqlarımızı itirdik və böyük bəlalarla üz-üzə qaldıq. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müstəqilliyin itirilməsi ilə bağlı təhlükə sovuşdu. Lakin, baş verən proseslərin ağır nəticəsini aradan qaldırmaq üçün zaman lazım idi. Ulu Öndər Heydər Əliyevin başladığı siyasi kursun davamında Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib dövlətə çevirməyi bacardı.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat deyib ki, qələbəyə qədər işğal günlərini və xalqımızın başına gətirilən oyunlarla bağlı tarixləri ürək ağrısı ilə yad edib bir gün ədalətin bərpa olunacağına ümid bəsləyirdik: Azərbaycanın qüdrətli Prezidenti və qəhrəman ordusu buna müvəffəq oldu. Artıq qələbələrə və uğurlara öyrəşmiş xalqıq. Hər dəfə yeni bir nailiyyət əldə edildikdə xalqımız qürurla izləyir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci il dönümündə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilən ərazilərə səfəri, sakinlərlə görüşlər bu bu qəbildən olan qürurlu hadisədir.

Ş. İsmayılov vurğulayıb ki, bu səfəri bir neçə istiqamət üzrə xarakterizə edə bilərik: Birincisi, Ulu Öndərin arzusu, vəsiyyəti olan Şuşada Şuşaya yeni köçmüş Şuşalılarla görüşdür. Bu, ata vəsiyyətini reallaşdıran Ali Baş Komandanın mənəvi dəyərlərə bağlılığını, Azərbaycançılıq ideologiyasını simvolizə edir. Həmin gün bütün Azərbaycan xalqı qəlbən Şuşaya köçdü. İşğalın başa çatması və məcburi köçkünlərin öz obasına qayıtması üçün böyük işlər görmüş Ulu Öndərin ruhu şaddır.

Deputatın sözlərinə görə Şuşa səfərində diqqət çəkən ikinci məqam isə cənab Prezidentin verdiyi ciddi siyasi mesajdır:  Azərbaycanın gücü və regional liderliyindən bəhs edən Ali Baş Komandan əlavə etdi ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. ATƏT-in Minsk qrupunun 28 ildəki fəaliyyətinin Azərbaycan xalqına qarşı yönəldildiyini və onların yalançı vədləri və fəaliyyətsizliyinin təsadüfi olmadığını qeyd edən Prezident İlham Əliyev onları bir daha ifşa etdi. Fransa və Amerikaya bilməli olduqları əsas məsələni bir daha və aydın şəkildə bəyan etdi – bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Azərbaycan Prezidenti ədalətə və beynəlxalq hüquqa əsaslanaraq hər bir qüvvənin aydın şəkildə başa düşəcəyi şəkildi bildirir ki, bizə məxsus torpaqlarda söz sahibi bizik. Prezident onu da vurğuladı ki, revanşistlərin öz havadarlarına güvənib baş qaldırdığını görsək, heç kim bizim qabağımızda dura bilməz.

“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına toxunun Şahin İsmayılov əlavə edib ki, festival son günlərin ən yadda qalan hadisələrindən biridir: Ulu Öndər Heydər Əliyev deyirdi ki, Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Bu gün Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır və Azərbaycan mədəniyyəti bura qayıdıb. Dünyada baş verən ədalətsizliyin nəticəsində Şuşa 30 ilə yaxın işğal altında qaldı. Azərbaycan ordusu şücaət göstərib bu əziz torpağı azad etdikdən sonra mədəniyyətimizin gözü olan Şuşa cənab Prezidentin də dediyi kimi, əyilməz ruhumuzun rəmzinə çevrildi. “Əziz Şuşa, biz səni dirçəldəcəyik” deyən Azərbaycan Prezidenti Şuşaya nəfəs verdi. Bundan sonra bizə aid torpaqlarda mədəniyyətimizlə, tariximizlə, mənəvi dəyərlərimizlə yaşayacağıq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransı öz işinə başlayıb

Növbəti xəbər

Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

1 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

3 həftə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

4 həftə əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

4 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

1 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 ay əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi

Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.