İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Aprel, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Şahin İsmayılov: Bu tarixi kəlam hər birimiz üçün milli ideologiyanın ana xəttinə çevrilib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dahi Heydər Əliyev Azərbaycan tarixində onun taleyini müsbət mənada dəyişdirən böyük şəxsiyyətdir. Bu gün dünya ölkələri arasında söz sahibi olan Azərbaycanı onun adı olmadan təsəvvür etmək mümkün deyil. Ulu Öndərin Sovet İttifaqı dövründə və müstəqil Azərbaycanda fəaliyyətinə nəzər salanda onun bəşər tarixində xalqların xilası üçün gələn çox az şəxsiyyətlərdən biri və Azərbaycan xalqının mənəvi sərvəti olması özünü göstərir. Onun Azərbaycan xalqı üçün etdiklərinin nəticəsi müstəqilliyin qorunması, güclü və qalib ölkənin vətəndaşı olmaq, dünyaya açılan yeni pəncərə və gələcəkdəki Azərbaycandır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət  Ulu Öndərin istədiyi kimi Azərbaycanın daim güclənməsini təmin edəcək. Ulu Öndər xalqına və vətəninə sevgisini ifadə edərək tarixi sözlər demişdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu tarixi kəlam hər birimiz üçün milli ideologiyanın ana xəttinə çevrilib.

Ulu Öndərin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda gördüyü çoxşaxəli işlər həm həmin dövr üçün xalqın inkişafını və rahat yaşayışını təmin etmiş, həm də gələcəyə hesablanmışdı. Ulu Öndər  Müstəqilliyin əldə olunduğu ilk illərdə baş verən siyasi hərc-mərclik, yaşanan ağır günlərə biganə qala bilməzdi. Müstəqilliyin itirilməsi təhlükəsi, Azərbaycanı gözləyən böyük bəlalar yalnız Heydər Əliyevin Bakıya qayıdaraq yenidən Azərbaycana rəhbərlik etdiyindən sonra dəf olundu. Tarixin səhifələrini vərəqlədikcə Ulu Öndərin əvəzolunmaz xidmətlərinin bir daha şahidi oluruq. Qədirbilən Azərbaycan xalqı bu xidmətləri heç vaxt unutmayacaq, onun xatirəsini daim yaşadacaqdır.

Şübhəsiz ki, heç bir sahə Azərbaycan xalqının xilaskarı olan dahi şəxsiyyətin fəaliyyətindən yayınmayıb. O, yeniyetmə və gənclərə də xüsusi diqqət ayırırdı. Böyük siyasətçi yaxşı bilirdi ki, onlara qayğı göstərilməsi, onların maarifləndirilməsi, vətənpərvər ruhda böyüməsi və hərtərəfli inkişafı ölkənin gələcəyi üçün böyük sərmayədir. Müstəqilliyin ilk illərində gənclər siyasəti və idmanın inkişafı ilə məşğul olan dövlət təsisatının – Gənclər və İdman Nazirliyinin yaradılması böyük fürsətlər yaratdı. Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi, gənclərin nümayəndələri ilə görüşlər, ölkədə və xaricdə təhsil imkanlarının genişləndirilməsi, gənc kadrların inkişafı,  yeniyetmə və gənclərlə bağlı görülən çoxsaylı tədbirləri xüsusilə qeyd edə bilərik.

Ulu Öndərin ordu quruculuğu, xarici siyasət, iqtisadiyyat, sosial siyasət, ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımların hər biri öz bəhrəsini vermişdir. Azərbaycan xalqı əsrlər boyu bu zəhmətin bəhrəsini görəcək. Həyatını xalqın bu günü və sabahı ilə yaşayan ümummilli liderin ən böyük xidmətlərindən biri də layiqli  siyasi varis yetişdirməsidir. Ulu Öndər onun haqqında danışarkən “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” – deyə qeyd etmişdi. Tarix göstərdi ki, bu inam Azərbaycan xalqının gələcəyinə olan ümidi reallığa çevirdi.

Şahin İsmayılov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müasir Azərbaycan tarixinin banisi Heydər Əliyev

Növbəti xəbər

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının Gənclər Şurası sədrinin təqdimat mərasimi keçirilib

Əlaqədar Xəbərlər

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

10 saat əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

2 həftə əvvəl
Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”
Xüsusi

Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir

2 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

3 həftə əvvəl
Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

1 ay əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

2 ay əvvəl
Növbəti xəbər
Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının Gənclər Şurası sədrinin təqdimat mərasimi keçirilib

Qərbi Azərbaycan İcmasının Qarakilsə rayon icmasının Gənclər Şurası sədrinin təqdimat mərasimi keçirilib

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar
Sosial

Artıq çəkiyə müasir baxış: artan qlobal problem və yeni yanaşmalar

7 saat əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

10 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Azərbaycan qazının Avropadakı rolu genişlənir

12 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan – Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

12 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.