İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Frank yox, Krank… Şvabe yox, Şvabra!” – Deputatdan SENSASİYA dolu yazı

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Frank Şvabe artıq bütün əndazələri, həddləri aşıb. Açıq təhqirə keçib. Faşist ritorikasına dövr alıb. Bu vaşaqsifət gədə özünü elə aparır, sanki bunu Azərbaycan üzrə ekspert-filan təyin ediblər. Sanki bu qərar verir, Azərbaycan Avropa Şurasına qayıtmalıdır ya yox. Sanki bunun əlindəymiş Azərbaycanın taleyi…

Bəs əslində kimdir, Şvabe?! – Qısa arayışlarla mövzuya keçid alım.

Birincisi… Alman deputatın adı indiyə qədər nə az-nə çox, düz 7 qlobal maliyyə fırıldağında keçib və bu “maşennik” hər dəfəsində + necəsə məlum cinayət işlərindən yaxasını qurtara bilib.

İkincisi… Şvabe bütün gəncliyini nasist ideologiyasının təbliğinə həsr edib və bu səbəbdən təhsil aldığı Essen Universitetindən 2 dəfə qovulmaq təhlükəsi ilə üzləşib.

Üçüncüsü… Almaniyada keçirilən 2010-cu il Parlament seçkilərində sosialistlərin əsas rəqibi olan Rudolf Kolt (səhv etmirəmsə adı və soyadı belə idi) dairə seçki komissiyasına Şvabenin psixi xəstə olması və bu minvalla özəl klinikaların birində uzun müddət müalicə alması haqda sənəd təqdim edib. Amma yekunda həmin sənəd arqument kimi qəbul olunmayıb, Şvabenin mövcud vəziyyəti “anlaqlı” hesab edilib və bu şizofrenik marafona buraxılıb.

Dördüncüsü… Şvabe milliyətcə alman olsa da, nə qəribədir ki, əsas təlimatları, əmrləri, buyruqları birbaşa Fransadan alır. Bunun əyani sübutlarından biri isə Frankın AŞPA Plenar iclaslarında yalnız Fransa nümayəndə heyətinin üzvləri ilə bərabər oturması və sadəcə Makrona yaxın şəxslərlə məsləhətləşməsidir. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Şvabenin Almaniyada 1, Fransada isə 12 mülkü var. Ayrıca: Şvabenin anası təmiz fransız qanı daşıyır və onun ana babası 2-ci dünya müharibəsindən sonra Fransadan Almaniyaya köçmələrdəndir.

Beşincisi… Frank Şvabeni Azərbaycana qarşı danışdıran yenə də Makronun vasitəçiliyi ilə erməni lobbisidir. Daha doğrusu, həmin lobbinin pulu. Eyni zamanda növbəti sensasion fakt odur ki, son 6 ayda 1-ci xətt qohumları vasitəsilə Şvabenin qurduğu müxtəlif təyinatlı biznes(lər)in bütün şərikləri erməni əsillilərdir. (tam dəqiqləşdirə bilmədiyim məlumata görə Bakıda həbs yatan Vardanyanın Nobel mükafatına namizədlik cəhdi də Şvabenin ideyasıdır və bunun müqabilində o, milyarderin İspaniyadakı şüşə emalı zavodunun təxminən 7-8 faizlik səhminə sahiblənib.

Nəhayət, altıncısı… (bu artıq mənim şəxsi mülahizəmdir) Düşünürəm, “Şvabe”, çox güman ki, bunun ləqəbidir. Əsl soyadı isə Şvabradır! Adı da Frank yox, Krank! (almanca xəstə deməkdir).

Yəni XƏSTƏ ŞVABRA!

Necə də yaraşır amma, deyilmi?!

Sanki mürdəşir yumuş sifətinə biçilib…

Elshen_Musayev (5).jpg (288 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı,
Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb

Növbəti xəbər

Coca-Cola-nın dəstəyi ilə ekoloji aksiya keçirilib

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

1 ay əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

9 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

10 ay əvvəl
Növbəti xəbər
Coca-Cola-nın dəstəyi ilə ekoloji aksiya keçirilib

Coca-Cola-nın dəstəyi ilə ekoloji aksiya keçirilib

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

12 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

20 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

20 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

20 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.