İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Mart, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Bu, yalnız iki ölkə üçün deyil, ümumilikdə region üçün müsbət vədlər verməkdədir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan beynəlxalq müstəvidə qəbul və hörmət edilən güclü dövlətə çevrilib. Bəzi hallarda nümayiş etdirilən ikili standartlar və müxtəlif pozucu dairələrin fəaliyəti Azərbaycana hansısa məsələni güclə qəbul etdirməyin mümkün olmadığını göstərir. Yenilənən dünyada çox az dövlətlər və onların rəhbərləri Azərbaycan və ölkə rəhbəri kimi uğurlar əldə edə bilir. Bu da Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə gördüyü işlər və cənab Prezident İlham Əliyevin misilsiz fəaliyyətinin bəhrəsidir. Bu gün Azərbaycan deyəndə qalib dövlət, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların etibarlı tərəfdaşı və sürətli inkişaf edən ölkə yada düşür.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya səfəri və hər iki ölkə Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq münasibətlərinin daha da inkişaf etdiyini göstərir: Bildiyimiz kimi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəddir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Məhz həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd kimi tarixə düşüb. Beləliklə bu sənədlər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafını xarakterizə edib. Azərbaycanın şanlı qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi zamanı müharibəni başa çatdıran müqavilənin imzalanmasında da Rusiya xüsusi rol oynayıb. 2022-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə isə münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri, o cümlədən nəqliyyat layihələrini əhatə edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm iki ölkə, həm də digər tərəfdaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Şahin İsmayılov Azərbaycan Prezidentinin Rusiya səfəri çərçivəsində həm də Baykal-Amur Magistralının 50 illik yubileyində iştirak etməsinə toxunaraq vurğulayıb ki, Yubiley münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş zamanı hər iki ölkənin Prezidentlərinin çıxışı özündə dostluq münasibətlərinin yüksək səviyyədə olmasını ehtiva edir: Rusiya Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyevə ehtiramını ən yüksək səviyyədə vurğulaması Azərbaycan xalqının ümumilli liderinə və ümumilikdə xalqa verilən dəyərin təcəssümüdür. Prezident İlham Əliyev “Tarixin yaddaqalan bu məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir” – deyə qeyd etməklə iki ölkə arasında dostluq münasibətlərinin dərin köklərə əsaslandığını ifadə etdi. Bu, yalnız iki ölkə üçün deyil, ümumilikdə region üçün müsbət vədlər verməkdədir. Azərbaycanın beynəlxalq səviyyədə sülhün bərpası və əmin-amanlığın qorunması üçün apardığı balanslaşdırılmış siyasət öz müsbət nəticələrini bundan sonra da  verəcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Təpənə dəysin sənin mitinqin!” — Deputatdan AXCP sədrinə güllə kimi sözlər…

Növbəti xəbər

Deputat: Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır

Əlaqədar Xəbərlər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

7 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

10 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Deputat: Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

2 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.