İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Coca-Cola Gəncləri Novruz Bayramı münasibətilə təbrik etdi – FOTOLAR

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Coca-Cola Azərbaycanın dəstəyi, ADA Universiteti Fondunun əməkdaşlığı ilə Novruz bayramı ərəfəsində 10-cu Bahar Gənclik Festivalı “Bahar Youth” keçirilib.

Martın 15-də ADA Universitetinin kampusunda keçirilən Festivalda qonaqları DJ China ilə əyləncəli proqram, milli rəqs qrupunun çıxışları, milli xalçalar və ənənəvi antik əşyalardan ibarət sərgi qarşılayıb. Novruz ərəfəsində keçirilən Festivalda bayram ənənələrinə uyğun olaraq Universitetin kampusunda tonqal qalanıb, bayram şirniyyatları ilə çay süfrəsi təşkil edilib, müxtəlif bayram adətləri də yerinə yetirilib.

Festivalda yerli və xarici tələbələr, ADA məktəbliləri, universitetin müəllim və işçi heyəti, həmçinin tərəfdaş qurumların nümayəndələri birlikdə Baharın gəlişini bayram ediblər.

Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola Azərbaycanda ənənələr formalaşdırır:

“Coca-Cola-nın dəstəyi ilə ölkədə keçirilən bir neçə layihə var ki, artıq ənənəyə çevirilib. “Bahar Youth” festivalı da bunlardan biridir. Biz hər il gənclərlə, dostlarımızla birgə baharın gəlişini birgə qeyd edirik. Artıq 10-cu ildir baş tutan festivalın tərəfdaşı olmaqdan məmnunuq. Fürsətdən istifadə edib Azərbaycan gənclərini, Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirik”.
Festivalda şənliklərlə yanaşı gənclərin təbiətə qarşı həssaslığını təşviq edən məlumatlar da təqdim edilib. Sudan səmərəli istifadə və tullantıların təkrar emala göndərilməsinin önəmi diqqətə çatdırılıb.

Qeyd edək ki, Coca-Cola Novruz ərəfəsində Azərbaycanda bir sıra kampaniyalar həyata keçirir. Belə ki, Coca-Cola Novruz bayramı ərəfəsində  “Novruz 2024” adlı xüsusi kampaniyaya start verib. Kampaniyada sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli “Coca‑Cola Classic”, “Coca‑Cola Sıfır Şəkər”, “Fanta Portağal”,  “Sprite”  məhsulları iştirak edir. Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış üç sarı qapağı toplayıb iştirak edən hər kəsin 400 000 ədəd Coca‑Cola çərəz qablarından birini qazanmaq şansı yaranır.
Coca-Cola bundan əlavə şəhərin Bulvar ərazisində Səməni instalyasiyası, Gənclik Mall-da yaz elementləri ilə bəzədilmiş fotozona quraşdırıb. İlk çərşənbədən etibarən isə Novruz bayramı üçün xüsusi brendinq olunmuş 10 avtobus 2 ay ərzində şəhər ətrafında hərəkət edərək insanlara bayram möcüzəsini xatırladacaq.

Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan şirkət “Nargis” Fondun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə”  xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır.

Xatırladaq ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.






PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Düzgün peşə – uğurlu karyera” layihəsi üzrə təlimlərin icrası yekunlaşdı

Növbəti xəbər

Azərbaycan öz ordusunu NATO standartlarına uyğun qurur

Əlaqədar Xəbərlər

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

5 gün əvvəl
Gənc Mühasiblər İctimai Birliyinin “Rəqəmsal Mühasibatlıq Platforması” istifadəyə verildi
Sosial

Gənc Mühasiblər İctimai Birliyinin “Rəqəmsal Mühasibatlıq Platforması” istifadəyə verildi

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın TDT-də rolu və sadiqliyi

3 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsinin təqdimat mərasimi keçirildi
Sosial

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsinin təqdimat mərasimi keçirildi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Laçın – qürur və Qələbə simvolu

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sülh və əməkdaşlığa aparan yol

1 ay əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Azərbaycan öz ordusunu NATO standartlarına uyğun qurur

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

1 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

2 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.