İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Avqust, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi – Fotolar

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

14 mart 2024-cü il tarixində Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası və Qeyri-Hökumət Təşkilatları ilə qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Şuranın üzvləri və rayon ərazisində fəaliyyət göstərən QHT-lərin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyindən, rayon ərazisində fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə həyata keçirilən layihələrdən danışıb. N.Allahverdiyev çıxışında ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.

Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev hesabat məruzəsi ilə çıxış edərək Şuranın fəaliyyətindən, gördüyü işlərdən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söz açıb.

Digər çıxış edənlər vətəndaşlar tərəfindən qaldırılan problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən işlərdən, eyni zamanda İctimai Şuranın daha aktiv fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.

 



PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dərsdən qaçmaq istəyən şagird xəsarət aldı – Vəziyyəti yaxşıdır

Növbəti xəbər

Deputat əhalinin məşğulluğu və qazlaşdırma ilə bağlı hökümətdən xahiş etdi

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

3 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

1 ay əvvəl
Növbəti xəbər
Azərbaycanın Fransanın vasitəçiliyinə heç bir ehtiyacı yoxdur – Kamran Bayramov

Deputat əhalinin məşğulluğu və qazlaşdırma ilə bağlı hökümətdən xahiş etdi

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

23 saat əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

3 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.