İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 İyul, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Coca-Cola Novruz bayramına sevinc qatır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Dünyanın sevilən içki markası Coca-Cola hər il olduğu kimi bu Novruzda da bir-birindən rəngarəng kampaniyaları ilə bayrama sevinc qatır. Bu məqsədlə Coca-Cola paytaxtın müxtəlif nöqtələrində maraqlı instalyasiyalar və fotozonalar quraşdırmaqla yanaşı, Novruza həsr edilən müxtəlif aksiyalar və kampaniyalar da keçirir.
Belə ki, Coca-Cola Novruz bayramı ərəfəsində  “Novruz 2024” adlı xüsusi kampaniyaya start verib. Kampaniyada üzərində “3 Qapağa 1 Hədiyyə” yazılmış sarı qapaqlı və xüsusi etiketli 2.5 litr həcmli «Coca‑Cola Classic», «Coca‑Cola Sıfır Şəkər», «Fanta Portağal»,  «Sprite»  məhsulları iştirak edir. Kampaniyada üç sarı qapağı toplayıb iştirak edən hər kəsin 400 000 (dörd yüz min) ədəd 3 rəngli (qırmızı, yaşıl, ağ), buta formalı Coca‑Cola çərəz qablarından birini (“Çərəz Qabı” və ya “Uduş”) qazanmaq şansı yaranır. Kampaniyada iştirak üçün son tarix 30 apreldir.
Coca-Cola bundan əlavə şəhərin Bulvar ərazisində Səməni instalyasiyası, Gənclik Mall-da yaz elementləri ilə bəzədilmiş fotozona quraşdırıb. İlk çərşənbədən etibarən isə Novruz bayramı üçün xüsusi brendinq olunmuş 10 avtobus 2 ay ərzində şəhər ətrafında hərəkət edərək insanlara bayram möcüzəsini xatırladacaq.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində xeyirxahlığı da unutmayan şirkət “Nargis” Fondun təşkilatçılığı ilə keçirilən “Torpaq Əlimdə, Bahar Ürəyimdə”  xeyriyyə yarmarkasının əsas tərəfdaşlarındandır. Coca-Cola Azərbaycanın yarmarkada quraşdırdığı bayramın əsas elementlərini əks etdirən xonça stendi, həmçinin özündə Novruz ilə Bakının atributlarını təsvir edən foto zonası ilə tədbirə əlavə rəng qatır. Hər iki instalyasiya yarmarkanın qonaqlarının xüsusi marağına səbəb olub.
Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət hər il olduğu kimi bu il də Novruz bayramına xüsusi diqqət ayırıb: “Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə yerli əhalinin adət-ənələrinə və bayramlarına xüsusi dəyər verir. Novruz bayramını Azərbaycan xalqı ilə qeyd etdiyimiz üçün şadıq. Bu il də Coca-Cola Novruz bayramı üçün bir sıra marketinq və xeyriyyə təşəbbüsləri ilə çıxış edir. Ümid edirik ki, bununla da Novruz bayramı Coca-Cola sevənlər üçün unudulmaz olacaq”.
Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
1
1
1
1
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

Növbəti xəbər

Azərbaycanla Qazaxıstan əməkdaşlıq sahələrini genişləndirir

Əlaqədar Xəbərlər

Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

3 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

4 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

1 həftə əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

1 ay əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

1 ay əvvəl
Növbəti xəbər
Enerji resurslarının inkişafında yeni mərhələ

Azərbaycanla Qazaxıstan əməkdaşlıq sahələrini genişləndirir

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

3 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

3 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.