İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir

2 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan, beləliklə də, müstəqil Azərbaycanın qurucusuna çevrilən Heydər Əliyev şəxsiyyəti nəinki ölkəmizdə siyasi sabitlik və təhlükəsizliyin bərqərar olmasına nail oldu, həmçinin, dahi liderin rəhbərliyi altında həyatın bütün sahələrində olduğu kimi, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun da təməli qoyuldu. Dövlət müstəqilliyi qazanandan sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də, məhz milli mənafelərə əsaslanan səmərəli və praqmatik xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bu istiqamətdə ilk öncə müstəqil xarici siyasətin təməlində dayanan vətənpərvərlik, Azərbaycanın tarixi yaddaşının bərpası istiqamətində Ulu Öndər tərəfindən atılmış qətiyyətli addımlar, milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş tədbirlər əsas rol oynadı. Beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanmış, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması, faktiki olaraq Ulu Öndərin təməlini qoyduğu xarici siyasət ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində Milli Məclisin Sədri seçilərkən, yəni Qurtuluş Missiyasının başlandığı gün parlamentin tarixi iclasında çıxışında xarici siyasətin başlıca vəzifələrini, istiqamətlərini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirdi. Ümummilli Lider hakimiyyətə qayıdışından sonra, Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqazla, bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər, xüsusi taktiki gedişlər etdi. Həmin dövrün mürəkkəbliyi və çətinliyi fonunda ölkəmizin həm ikitərəfli, həm də, çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi təmin olundu, o cümlədən enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə də keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi istiqamətində praqmatik və hərtərəfli xarici siyasət strategiyasının əsası qoyuldu. Ulu Öndərin ali beynəlxalq kürsülərdə etdiyi çıxışlarında təcavüzün pislənilməsi ilə yanaşı, sülh gündəliyinin önə çəkilməsi dahi Heydər Əliyevin praqmatik və uzaqgörən siyasətinin bariz nümunəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi də önəmli yer tutmuşdur. Hazırda, Azərbaycanın genişlənən, hərtərəfli beynəlxalq əlaqələrinin əsasında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğu şübhəsizdir. İndi, Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirliklərinin, baş konsulluqlarının, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin aktiv fəaliyyət göstərməsi, məhz bu konsepsiyanın təməllərinin bəhrəsidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun daha bir göstəricisi, onun beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinin dəstəklənməsində və Azərbaycanın çoxtərəfli diplomatiyasında öz əksini tapır. Ümummilli Lider Heydər Əliyev çoxtərəfli səviyyədə dövlətimizin mövqeyinin möhkəmləndirilməsi, nüfuzunun artırılması istiqamətində mühüm işlər görmüş, onun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sisteminin güvənilən və uğurlu subyektinə çevrilmişdir. Azərbaycanın aparıcı beynəlxalq təşkilatlara üzv olması, həmçinin, onların tribunasından çıxışların səsləndirilməsi, müxtəlif beynəlxalq təşkilatlarla formalaşdırılan geniş müqavilə-hüquq bazası, regional və qlobal əhəmiyyətli təşəbbüslərin, o cümlədən layihələrin həyata keçirilməsinin əsasının qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa İttifaqı, NATO, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və başqaları ilə geniş əlaqələr qurulmuş, inkişaf etdirilmişdir ki, bu da ölkəmizin beynəlxalq sferada mövqeyinin möhkəmləndirilməsinə xidmət etmişdir.

Sirr deyil ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması idi. Ümummilli Lider hər zaman böyük əminliklə torpaqlarımızın azad olunacağını və xalqımızın öz əzəli yurduna qayıdacağını bildirirdi. Bu missiya, Ulu Öndər irsinin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən uğurla yerinə yetirildi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Şübhəsiz ki, 30 ilə yaxın bir müddət ərzində Ermənistan işğalına, talanına məruz qalmış ərazilərimizin azad edilməsi, bu ərazilərdən etnik təmizlənməyə məruz qalmış məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması çox böyük siyasi-strateji və mənəvi əhəmiyyət daşıyır. Bu möhtəşəm qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Bu gün, müqəddəs, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir. Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb. Bu gün, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda ölkəmiz üçün səmərəli nəticələr verən, hazırkı mürəkkəb konyunkturada bərabərhüquqlu münasibətlərin inkişafına istiqamətlənən müstəqil və prinsipial xarici siyasət kursunun icrası nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, xalqı bundan sonra da ölkəmizin müstəqilliyini daha da möhkəmləndirəcək, daim həmrəylik, milli birlik və vahid amal uğrunda yumruq kimi bir olacaqdır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: Azərbaycanın xarici siyasətinin dəqiq strategiyası mövcuddur

Növbəti xəbər

AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

AZƏRBAYCANLA QAZAXISTAN STRATEJİ TƏRƏFDAR OLAN ÖLKƏLƏRDİR

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.