İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə diqqətinin göstəricisi

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir”

Ötən həftə Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında qlobal məsələlər müzakirə olunub. Tədbirin qlobal əhəmiyyəti ondan ibarətdir ki, burada Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər. Toplantıda Prezident İlham Əliyevin iştirakı və çıxışı Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl enerji sahələrinə, ümumiyyətlə, qlobal məsələlərə ən yüksək dərəcədə diqqətinin göstəricisidir. Prezident İlham Əliyev toplantıda bildirib ki, Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub: “Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur”. Məşvərət Şurasının fəliyyəti ilə bağlı keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin qazanıldığının şahidi oluruq. Bu iclaslar görülən işləri nəzərdən keçirmək və gələcək addımları planlaşdırmaq baxımından önəmlidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasına qatılan ölkələr vahid komanda olaraq çalışırlar. Bütün bunlar da əldə edilən uğurların başlıca səbəbidir.

Azərbaycan istər regionda, istərsə də beynəlxaq aləmdə enerji təhlükəsizliyi ilə bağlı görülən işlərə öz töhfəsini verməyə çalışır. Hətta, belə deyək ki, bir çox hallarda bu kimi sahələrdə aparıcı rol oynayır. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək olar. Prezident İlham Əliyevin çıxışında dediyi kimi, Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir”. Bu cür tarixi və qlobal əhəmiyyəli layihənin mənbəsi Azərbaycandır. Bu layihənin işə düşməsi ilə Avropanın böyük miqdarda enerji təhlükəsiyi təmin olununb. Cənub Qaz Dəhlizinin marşurutu Avropanın Şərqindən Qərbinə kimi uzanmaqda davam edir. Cənab Prezident Azərbaycan qazının yeni mənbə olduğunu vurğulayıb: “Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib”. Avropa ölkələri öz qaza olan təminatını məhz bu layihə üzrindən təmin etməyə çalşırlar. Ona görə də ildən-ilə Cənub Qaz Dəhlizinə qoşulan ölkələrini sayı artır. Elə Prezident İlham Əliyevin iştirakı ilə bir neçə Avropa ölkəsində interkonnektorların təqdimatları olub.

Cənub Qaz Dəhlizi layihəsinin inşasında Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya fəal iştirak edib. Ayrıca Azərbaycan Avropa Komissiyası ilə aktiv şəkildə əməkdaşlıq edib. Nəzər çatdıraq ki, Azərbaycan və Avropa İttifaqı Məşvərət Şurasının həmsədrləridir və məhsuladar əməkdaşlıq mövcuddur. Bunu toplantıda Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson da çıxışda xüsusi qeyd etdi: “Bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar”.  Ümümiyyətlə, Azərbaycanı bu nəhəng layihənin tərəfdaşları ABŞ və İngiltərə də dəstəkləyiblər. Eyni zamanda beynəlxalq şirkətlər də Cənub Qaz Dəhlizi layihəsinə güclü sadiqlik nümayiş etdiriblər. Layihənin reallaşmasında bu da çox önəmli faktordur. Layihənin həyata keçirilməsi ilə bağlı şirkətlər böyük bir qrup olaraq çalışıb. Bütün şirkətlər vahid ideya ətrafında toplaşıblar. Bu baxımdan BP-nin fəaliyyəti xüsusi vurğulanmalıdır. BP Azərbaycanın strateji tərəfdaşıdır. 30 ildir ki, Azərbaycanda neft və qaz sahəsi ilə bağlı bütün əhəmiyyətli layihələrdə BP fəallıq göstərir.

Artıq Cənub Qaz Dəhlizinin inşaası başa çatdırılıb. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi yekunlaşdırılıb. Cənab Prezident Cənub Qaz Dəhlizi layihəsinin həqiqətən də uğur hekayəsi olduğunu qeyd edib: “Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”. Azərbaycan qazına Avropa ölkələrinin ehtiyacı artdıqcaq Cənub Qaz Dəhlizinin fəaliyyət arenası genişlənir. Bunun üçün də layihəyə qoşulan ölkələrin birgə fəaliyyətini davam etdirmələri mühüm əhmiyət kəsb edir.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP-ın VII qurultayı yeni tarixi mərhələnin əsasının qoyulması demək idi

Növbəti xəbər

Enerji resurslarının inkişafında yeni mərhələ

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

19 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

4 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan Xalq Cümhüriyyətinin tarixi əhəmiyyəti

5 gün əvvəl
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu
Gündəm

Gələcək nəsillərə örnək

5 gün əvvəl
Növbəti xəbər
Enerji resurslarının inkişafında yeni mərhələ

Enerji resurslarının inkişafında yeni mərhələ

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

19 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

19 saat əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.