İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 İyun, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: “Əli Kərimli sadəcə murdar xislətinin diktəsi ilə danışır”

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Əli Kərimlinin hər fürsətdə mövcud hakimiyyəti hədəf alması ondan xəbər verir ki, bu adamın ciddi kompleksləri yaranıb və bu səbəbdən də öz uğursuzluqlarını, düşdüyü rəzil durumu bir şəkildə kompensasiya etməyə, diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Amma keçməz! Vallah, billah keçməz! Çünki AXCP sədrinin fikirlərinə artıq kimsə inanmır, onu kimsə ciddiyə almır, onun dediklərini kimsə reallıq kimi qəbul etmir. Səbəb də sadədir: Əli Kərimli nə deyirsə, onun tərsidir! Əli Kərimli hər şeyi kəllə-mayallaq görür. O, sadəcə və sadəcə hikkəsinin, ambisiyasının, murdar xislətinin diktəsi ilə danışır”.

İctimai.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Onun sözlərinə görə, müharibə vaxtı bu anti-milli ünsür Azərbaycanın qələbəsi üçün, milli birlik üçün heç nə etmədi: “Hətta siyasi partiyaların ümumi bəyanatına belə imza atmadı. Qarabağın geri qaytarılmasına, Şuşanın, digər rayonların işğaldan azad olunmasına sevinmədi. Ermənilərin törətdiyi Gəncə terroruna münasibət bildirmədi. Amma indi utanmaz-utanmaz məsləhətlər verir, xalqı öz yalanlarına inandırmağa çalışır, insanlar arasında mənəvi aşınma yaratmaq üçün bütün hiyləgər və riyakar “tryuk”lardan istifadə edir”.

Deputat sözlərinə davam edərək bildirib ki, Əli Kərimli 30 ildir eyni ampluadadır: “30 ildir dəyişmir. 30 ildir eyni leksikonla, eyni jarqonla çərənləyir. 30 ildir təzələnmir, yenilənmir, inkişaf eləmir. Ona görə də belə rəzillərin və vətən xainlərinin danışdıqlarına fikir verməmək, onları öz qaraguruh beyinləri, “kafa”ları, düşüncələri ilə baş-başa buraxmaq lazımdır. Necə deyərlər, it hürər, karvan keçər”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Bələdiyyələrin birləşməsi prosesi bir çox dövlətlərdə tətbiq olunur

Növbəti xəbər

İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi – rəylər

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

4 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

1 ay əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

10 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

10 ay əvvəl
Növbəti xəbər
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi – rəylər

İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

1 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

2 gün əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.