İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 May, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter almış və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir.

Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər.

Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir. Bu çərçivədə Azərbaycanın öz ordusunu Türkiyə modelinə uyğunlaşdırması prosesi uğurla aparılır. Qarşımızda duran əsas məsələlərdən biri ordumuzla yanaşı, digər istiqamətlərdə də təsirli addımların atılmasıdır.

Türkiyə-Azərbaycan Universitetinin qurulması haqqında memorandumun imzalanması da məhz buna hesablanıb. Bu ali təhsil ocağının yaradılmasında əsas məqsəd bizim təhsil sistemimizin təkmilləşdirilməsidir. Fikrimcə, Azərbaycanın təhsil sistemində də Türkiyə modeli tətbiq olunmalıdır.

Hazırda Türkiyənin təhsil sistemi kifayət qədər inkişaf edib. Bunun sayəsində bizim təhsil sistemini arzuedilən səviyyədə inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox önəmli və uğurlu addımdır. Bu addım iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə özünəməxsus töhfə verəcək”. Cənab Prezidentin də söylədiyi kimi: Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Beynəlxalq təşkilatlarda, müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlmişdir.

Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Məhz bu birliyimizin sübutu olaraq, Azərbaycan Prezidentinin seçkilərdən sonra ilk Türkiyəyə səfər etməsi dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Türkiyənin möhkəmlənən qətiyyəti

Növbəti xəbər

Deputat: Xocalı faciəsi vəhşiliyin ən bariz nümunələrindəndir

Əlaqədar Xəbərlər

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycanın dövlətçilik ənənələri davam edir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın yeni mərhələsi

3 həftə əvvəl
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

3 ay əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

9 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

9 ay əvvəl
Növbəti xəbər
Deputat: Xocalı faciəsi vəhşiliyin ən bariz nümunələrindəndir

Deputat: Xocalı faciəsi vəhşiliyin ən bariz nümunələrindəndir

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqillik tarixinin qızıl səhifəsi

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

3 saat əvvəl
GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib
Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

3 gün əvvəl
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.