İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“İMZA” İctimai Birliyi “Yol xəritəsi”ni müzakirə edib – FOTOLAR

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“İMZA” İctimai Birliyi 2024-cü ildə görəcəyi işlərlə bağlı yeni “Yol xəritəsi”ni müzakirə edib.

İnformasiya.az xəbər verir ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, İB-nin İdarə Heyətinin 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş yığıncağında sədr Xəyyam Əsgərov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, “İMZA” komandası həm sosial şəbəkələr üzərindən, həm də İctimai Birlik olaraq ötən ildə də xeyli iş görüb. Sosial şəbəkələrdə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında, Azərbaycanda cərəyan edən mühüm ictimai-siyasi, mədəni hadisələr barədə məlumatlar, xəbərlər, video-xəbərlər “İMZA” səhifələrində mütəmadi olaraq paylaşılıb və böyük maraqla qarşılanıb. Qeyd edək ki, hazırda onların baxış statistikası milyonlarla ölçülməkdədir. Sosial şəbəkə səhifələrimiz “göy işıq”la təmin edilib.

Ötən il “İMZA” İB-i bir sıra əhəmiyyətli tədbirlər də keçirib. Xüsusi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans ictimaiyyətin diqqətini cəlb edib. “Heydər Əliyev-Böyük Lider” adlı konfransda Azərbaycanın millət vəkilləri, ziyalıları, ictimaiyyət nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Pakistan, ABŞ, Fransa, Almaniya, İtaliya və başqa ölkələrdən tanınmış ictimai-siyasi xadimlər, deputatalar, vaxtı ilə Ulu öndərimizlə işləmiş səfirlər iştirak ediblər. Tədbir yerli və beynəlxalq KİV-də geniş işıqlandırılıb.  Bundan başqa, 2023-cü ildə 20 yanvar, Xocalı soyqırımı, Müstəqillik günü, Milli Qurtuluş günü və digər mühüm hadisələrlə əlaqədar “İMZA” İB-nin xətti ilə ənənəvi toplantılar, görüşlər keçirilib.

Bir məqamı xüsusi ilə vurğulamaq lazımdır ki, bu gün “İMZA”nın sıraları daha da genişlənməkdədir. Vətəndaşlarımızdan “İMZA”ya üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır. Bunu nəzərə alan “İMZA” İB-nin İdarə heyəti həmin müraciətlərə baxılması üçün qərar qəbul edib. Bu il artıq prosesə start verilib. Hazırda “İMZA” İctimai Birliyinin müasir dizayn və məzmuna malik yeni saytı hazırlanır. Arzu edənlər sayt vasitəsi ilə də üzvlük üçün müraciət imkanı qazanacaqlar. “İMZA”-çılar 2024-cü ildə də bu istiqamətdə səylərini daha da artıracaqlar və artıq bu məqsədlə “İMZA” İB-nin “Yol xəritəsi” də hazırlanmaqdadır. X.Əsgərov İctimai Birliyin Türkiyə təmsilçisi fövqəladə və səlahiyyətli səfir Hulusi Kılıça təşkilatın işində fəal iştirakına, “İMZA” dəyərlərinə bağlılığına və İctimai Birliyin dünyada tanınmasında göstərdiyi xidmətlərə görə xüsusi təşəkkür edib. “İMZA” İB-nin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin fəaliyyətinin İdarə heyəti tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Departamentin beynəlxalq tədbirlərin təşkilindəki rolunu xüsusi ilə qeyd edib. Sonra “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç çıxış edib. Görülən işləri yüksək qiymətləndirib. “Yol xəritəsin”ə dair faudalı təkliflərini açıqlayıb. Tədbirdə “İMZA” İB-nin sədr müavinləri Xəyal Bəşirov, Nazim Bayandurov və Abdulla Hüseynov da müzakirə olunan məsələlər barəsində təkliflər irəli sürüblər. Yığıncaqda digər cari məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.









PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu günün gəncləri gələcəyin idarəçiləri və liderləridir

Növbəti xəbər

ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

1 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Bakının prinspial mövqeyi nəticəsində bu aktorlar bölgədə manevr imkanlarını itirirlər – Deputat

1 həftə əvvəl
“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?
Gündəm

“İlham Əliyevlə şəkil çəkdirmək üçün gələnlər…” – macar nazir kimləri deyir?

1 həftə əvvəl
Növbəti xəbər
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub

ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Bakı düşmən işğalından azad edilərək milli dövlətçiliyimizin təməl daşlarından birinə çevrildi

1 gün əvvəl
Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.
Gündəm

Yusif Poladov: İctimai Şuranın “suyun qiymətinin differensiallaşması” ilə bağlı görüşü keçirilməyib.

1 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Əli Kərimli və onun “banda”sı bir daha təsdiqlədi ki…” — DEPUTATLA SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Gündəm

“Tural Sadıqlının, Qabil Məmmədovun, Məhəmməd Mirzəlinin əli qandallı Azərbaycana gətirilməsinə çox az qalıb” — SENSASİON MÜSAHİBƏ

3 gün əvvəl
EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub
Sosial

EcoHub-ın təşəbbüsü ilə Mərzəndiyə kəndində su layihəsi icra olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.