İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Dekabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Almaniya və Fransanın əlində oyuncağa çevrilən, islamafob bir klub olan AŞPA artıq öz mahiyətini itirib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq beynəlxalq səviyədə tanınan ərazisi üzərində süverinliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra vaxtilə bu problemin “həllinə” məsul olan təşkilat və bəzi dövlətlərin anlaşılmaz davranışları ilə üz-üzə qalıb. Onlar müxtəlif bəhanələrlə Azərbaycanı nədəsə ittiham etməyə və hətta bəzən daha irəli gedərək təzyiq göstərməyə çalışırlar. Sadə desək onların bu davranışı sadəcə olaraq başadüşülən deyil. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və regionun indiyə qədər olmadığı qədər sülhə yaxın olduğu vaxtda onlar ermənidən daha çox erməni olmağa çalışırlar. Ermənistanı silahlandırmaqdan tutmuş, hətta bəzi beynəlxalq təşkilatlarda onların adından danışmağa qədər Azərbayacana qarşı hər addımı atırlar.

AŞPA-da baş verən son hadisələr də Azərbaycana qarşı oynanılmağa çalışılan növbəti oyununun davamıdır. Amma Azərbaycan parlament diplomatiyası vaxtında düzgün addım ataraq AŞPA-nı mat vəziyətinə qoydu və açıq mesaj verdi. Azərbaycanla heç kim təhdid dilində danışa bilməz, Azərbaycan hər zaman bərabərhüquqlu münasibətlərə açıqdır. Almaniya və Fransanın əlində oyuncağa çevrilən, islamafob bir klub olan AŞPA artıq öz mahiyətini itirib. Vaxtilə Azərbaycan AŞPA-ya üzv olanda bu platformadan Qarabağ probleminin həllinə kömək göstərilməsini gözləyirdi. Ötən illərdə isə bu qurum sadəcə olaraq susdu və heç bir real addım atmadı. 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimizin huququ heç vaxt müzakirə mövzusu olmadı. AŞPA da status kvonun saxlanılmasında maraqlı oldu.

Azərbaycan xalqı müdrik xalqdır. Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşən xalqımız öz torpaqlarını öz gücünə azad etdi. Xalqımız AŞPA kimi simasız təşkilatları da, bizə dost-qardaş olan dövlətləri də yaxşı tanıdı. Yeri gəlmişkən AŞPA-nın məlum simasızlığından sonra Real partiyasının sədri həddini aşaraq AŞPA-dakı Türkiyə nümayəndə heyətini öz aləmində tənqid etməyə çalışdı. Bəlkə də AŞPA və Qərb siyasi dairələri sıx əməkdaşlıq edən bu partiyanın və onun sədrinin bu addımı onun hansısa öhdəliyindən irəli gəlir, onu bilmirəm. Amma onu yaxşı bilirəm ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birilərinin yanında olan, bir-birilərinə dəstək, bir millət iki dövlət olan qardaş ölkələrdir. İlqar Məmmədovun yerində olmayan, cılız sözləri Azərbaycan və Türkiyə arasında pozuculuq fəaliyətidir. Yaxşı olardı ki, İlqar Məmmədov bu ifadələri işlətməmişdən qabaq yaxşı fikirləşərdi. Çünki xalqımız Azərbaycana qarşı qərəz yayan bu tip siyasiləri tarixin zibil qutusuna atmağı bacarır. Ilqar Məmmədovun bu fikirləri Qərb dairələri tərəfindən sifariş olsaydı belə o, bir azərbaycanlı olaraq buna getməməli idi. Azərbaycan vəTürkiyə qardaşlığı daimidir, əbədidir.

 

Şahin İsmayılov,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Heydər Əliyev Mərkəzində gürcü rəssam Lado Qudiaşvilinin sərgisi açılıb

Növbəti xəbər

Müşfiq Səfərov: AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Müşfiq Səfərov: AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

20 saat əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

21 saat əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

24 saat əvvəl
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək
Gündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.