İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Sentyabr, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi 7  fevral 2024-cü ildə Azərbaycanda erkən seçkilərin keçirilməsi nəzərdə tutulub. Belə bir qərarın qəbul edilməsi hesab edirəm cənab prezidentin növbəti müdrik addımı kimi qiymətləndirilməlidir.

Təəssüflə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi bu gün də müxalifət öz ampulasındadır və biz onlardan boykot çağırışlarını eşidirik. Onlar tərəfindən davamlı olaraq bu cür fikirlər səsləndirilir. Eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasına səy göstərirlər. Öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçirlər. Əlbətdə ki, bu məqsədli şəkildə atılmış bir addımdır və qəbuledilməz məsələdir. Eyni zamanda müxalifətin bir sabotajı kimi qiymətləndirilməlidir. Seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəifliklərindən başqa bir şey deyildir.

Müxalifət hər zaman Azərbaycanda seçkilərlə bağlı çağırış edir, ölkədə bərabər şərait yaradılmasını dilə gətirir. Dövlət bu  gün bu addımı atıb. Bunun üçün lazımi şərait yaradılıbdır. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.

Belə bir tarixi məqamda müxalifətin bu gün belə bir addımı atması həm də görünür ki, xaricdən verilmiş bir sifarişdi. Təəssüf ki, hələdə bəzi müxalifət partiyaları xaricdən gələn sifarişləri yerinə yetirirlər. Milli maraqlara deyil, xarici maraqlara xidmət edirlər. Onlarda olan bu xainlik, cəmiyyət arasında şübhə yaratmaq arzusu və digər bu kimi amillər müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır.

Biz əminik ki, bu seçkilər tam şəffaf keçiriləcək və seçki ilə bağlı Azərbaycan hökuməti üzərinə düşən bütün addımları atacaq. Müxalifətin bu addımı da bir daha onların milli marağa xidmət etmədiyini göstərir. Azərbaycan xalqı inanırıq ki, hər zaman olduğu kimi bu dəfə də milli maraqlara üstünlük verərək, bu seçkini də uğurla başa vuracaq.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir

Növbəti xəbər

Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb – FOTOLAR

Əlaqədar Xəbərlər

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

1 ay əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
Növbəti xəbər
Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb – FOTOLAR

Rövşən Nəcəfov məzunu olduğu məktəbin şagirdləri ilə görüşüb – FOTOLAR

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq

10 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: Dövlət Proqramının əsas hədəfləri

10 saat əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Siyasət

“Bu gün əsas məsələ kimin hakimiyyətdə, kimin müxalifətdə olmasından daha çox, ölkənin qarşıdakı mürəkkəb dövrə nə qədər hazırlıqlı olmasıdır”.

1 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır

1 gün əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.