İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Əsas hədəfimiz Qərbi Azərbaycana qayıdış olmalıdır”

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün dünyanın bir çox ölkələrində siyasi, dini, məzhəb, etnik, mədəni zəmində özünü göstərən münaqişələr nəticəsində daxili sabitliyin pozulduğu, vətəndaş qarşıdurmalarının yaşandığı bir vaxtda Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir.

Miili Məclisin deputatı Şahin İsmayılov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyası hər şeydən öncə, Azərbaycan xalqının bu günə qədər əldə etdiyi milli-mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, tarixini, mədəniyyətini bilmək, tarixən əldə etdiyimiz dəyərləri mühafizə etməklə, qloballaşan dünyada mövcud olan, yeni universal dəyərləri mənimsəməklə, bunları ümummilli mənafelərimizin qorunması istiqamətində səfərbər etmək deməkdir.

“Azərbaycançılıq ideologiyasını siyasi, elmi nöqteyi-nəzərdən təsnif etməyə çalışsaq, deyə bilərik ki, Azərbaycançılıq ideologiyası Azərbaycanın milli neokonservatizmidir. Neokonservatizm – konservatizm və liberalizmin birləşməsidir. Yəni mühafizəkarlıq, üstəgəl, müasirlik və liberallıq Azərbaycançılıq ideologiyasına bərabərdir. Ona görə də bütün bunlar cəmiyyətimizin çox rəngli etno və sosial palitrası tərəfindən qəbul olunur. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə, həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir”, – o qeyd edib.

Deputat bildirib ki, amma Azərbaycançılıq ideologiyasından yayındırmaq məqsədi ilə xaricdən müəyyən impulslar ötürülməkdədir: “Bunlar daha çox sosial şəbəkələr, internet resursları və digər vasitələrlə ötürülür. Burada Azərbaycançılığın təbliğ olunması, Azərbaycançılıq ideologiyasının milli fəaliyyətimizin və yaxud ümumi ictimai fəaliyyətimizin leytmotivinə çevrilməsi zəruri hal alır. Çünki informasiya cəmiyyəti sadəcə informasiya mübadiləsi və informasiyanın sürətlə əldə edilməsi hadisəsi deyil, həm də cəmiyyət üzvlərinin düşüncələrinə təsir edən, onun keyfiyyətini təyin edən bir hadisədir. Azərbaycançılıq ideologiyası vətəndaşlarımızın qarşısında  bir çağırış olaraq durmalıdır. Kimsənin bu ideologiyaya zərər verməsinə imkan vermək olmaz. Bu gün Azərbaycanın əldə etdiyi uğurların kökündə dayanan əsas amillərdən bir məhz Azərbaycançılıq ideologiyasıdır. Bu uğurlu siyasətin bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və  həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilməkdədir.

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin müstəsna rolu olub. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq Azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan xalqı bir yumruq kimi birləşdi və nəticədə dünyanın qalib xalqına çevrildi. Necə deyərlər: “El bir olsa, dağ oynadar yerindən”. Bu gün Azərbaycan insanının qarşısında bu ideologiyanı daha da inkişaf etdirməli və Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmalıyıq.

44 günlük müharibədən sonra qarşısımızda duran əsas hədəf Qərbi Azərbaycana qayıdış olmalıdır. Bu hədəfə nail olmaq üçün milli birliyimizin əsasını təşkil edən Azərbaycançılıq ideologiyasına sadiq qalıb zədələnməsinə imkan vermədən qarşıda duran hədəflərə nail olmalıyıq və olacağıq da…”

“Hər bir xalqın inkişafı məhz onun  yürütdüyü milli ideologiyadan və ona olan sadiqliyindən asılıdır. Milli ideologiya nə qədər güclü olarsa, həmin cəmiyyət və dövlət inkişaf edib qarşısındakı hədəflərə çata bilər. Bir sözlə, cəmiyyətin, dövlətin inkişafı milli ideologiyadan asılıdır. Bu gün Azərbaycanın əldə etdiyi uğurların da köküdə məhz milli azərbaycançılıq ideologiyası dayanır. Təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil, dünyanın ən müxtəlif  ölkələrində yaşayan 50 milyonadək olan soydaşlarımız azərbaycançılıq ideologiyası  ətrafında sıx birləşib. Onlar Azərbaycanda yaşamasalar da, buranı öz doğma Vətənləri hesab edirlər”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir

Növbəti xəbər

Azərbaycanın Serbiya və Bolqarıstanla əlaqələrinin inkişafına töhfə verəcək layihə

Əlaqədar Xəbərlər

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

3 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Dövlət Bayrağı Gününün mənəvi əhəmiyyəti

3 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

“Konstitusiya və Suverenlik İli”-bir-birini tamamlayan iki tarixi hadisə

3 həftə əvvəl
Növbəti xəbər
Ali Baş Komandanın yerinə yetirdiyi müqəddəs missiya

Azərbaycanın Serbiya və Bolqarıstanla əlaqələrinin inkişafına töhfə verəcək layihə

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.