İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Şahin İsmayılov: Ümid yeri Azərbaycanın mərd oğlu Heydər Əliyev idi

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hər bir ölkənin gələcəyi ona rəhbərlik edən liderlərdən bilavasitə asılıdır. Müstəqil Azərbaycanın siyasi həyatında Ulu Öndər Heydər Əliyev kimi  şəxsiyyət olmasaydı bu gün dünya çapında öz sözünü deyən Azərbaycan dövləti ən azından bugünkü qədər qüdrətli olmazdı. Müstəqilliyin bərpasından sonra ölkə ağır günlər yaşayırdı. Baş verən siyasi proseslər müstəqilliyimizin qorunub saxlanımasını sual altına qoyurdu. Ziyalıların təklifi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya rəhbər seçilməsi, daha sonra xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. İdarəolunmaz hala gələn ictimai-siyasi proseslər yalnız böyük təcrübəyə sahib, bununla yanaşı xalqına, vətəninə ürəkdən bağlı olan Heydər Əliyev tərəfindən nizamlana bilərdi. Müstəqilliyin bərpasınadək Azərbaycan üçün göstərdiyi xidmətlərlə yanaşı, müstəqilliyin bərpasından sonra Naxçıvanda görülən işlər də Ulu Öndər Heydər Əliyevə olan inamın artmasına əsas vermişdi. Siyasi hakimiyyətin səriştəsizliyinə görə yaranan xaos, hərc-mərclik xalqı narahat edirdi. Xalqın müqəddəratını təyin etmək üçün ciddi bir irəliləyişə ehtiyac duyulurdu. Ümid yeri Azərbaycanın mərd oğlu Heydər Əliyev idi.

1992-ci ilin sonları müasir Azərbaycan tarixində xalq üçün ən yaddaqalan zamanlardan biridir.  Oktyabrın 16-da bir qrup ziyalı Azərbaycan xalqının iradəsini əks etdirən çağırış etdi. Onlar Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni bir siyasi partiyanın yaradılması və onun partiyaya rəhbər gəlməsini xahiş etdi. Bununla da güclü və qüdrətli Azərbaycan üçün səfərbər olan yeni bir siyasi təsisatın yaradılması istiqamətində hazırlıq işləri başladı. Noyabrın 21-də ölkənin bütün regionlarını təmsil edən, 550 nəfərdən ibarət təşəbbüs qrupunun üzvlərinin iştirakı ilə təsis konfransı keçirildi. Həmin gün Azərbaycanın siyasi həyatında xüsusi rol oynayan tarixi bir gündür.

Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkənin çətin durumdan çıxarılması üçün ciddi fəaliyyət göstərməyə başladı. Böyük siyasətçi Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən partiya öz ətrafında xalqına və vətəninə xidmət etməyə can atan çox sayda insanları cəlb etdi. Təbii ki, partiyanın başlıca məqsədi xalqın dəstəyi ilə hakimiyyətə gəlib vətəni xilas etmək idi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanı çətin durumdan çıxartmaq, böhran şəraitini minimuma endirmək və ölkəni durmadan inkişaf etdirmək üçün böyük vəzifələrin icrasına başlandı. Partiya bütün dövrlərdə hərtərəfli fəaliyyət göstərməklə öz ali məqsədlərinə doğru irəlilədi. Siyasi idarəetmənin təkmilləşdirilməsi, iqtidar-xalq birliyi, iqtisadiyyatın inkişaf etdirilməsi, ordu quruculuğu, beynəlxalq müstəvidə nüfuz qazanılması və bu kimi əsas fəaliyyətlər uğurla icra edildi. Xalqın sevgisini qazanan YAP yarandığı gündən bugünkü tarixə qədər bütün seçkilərdə qələbə qazanmışdır. Bu amil partiyanın həyata keçirdiyi uğurlu fəaliyyətin xalq tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursununun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri olaraq Ulu Öndər tərəfindən əsası qoyulan siyasi idarəetməni uğurla icra edir. O, Azərbaycanı daha da inkişaf etdirib qalib ölkəyə çevirməklə Ulu Öndərin qarşıya qoyduğu hədəfləri tamamlamışdır. Azərbaycan xalqı ölkəmizin günbəgün inkişaf edəcəyinə əmindir və bu səbəbdən Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə davam edəcək. Bu, Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu göstərir.

 

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

Növbəti xəbər

Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

7 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır

Gündəm

Bu gün müsəlman dünyasının ürəyi Azərbaycanla döyünür

54 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

21 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

23 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

23 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.