• Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
İnformasiya.az
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
        • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ
        • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Dünya

Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

İnformasiya.az by İnformasiya.az
20 Oktyabr 2023
in Dünya
0
0
Paylaşım
2
Oxunma
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və qazandığı parlaq Qələbə bizim üçün əsl nümunədir.

Bu sözləri Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri Levan Mamaladze Gürcüstanın Xobi şəhərində Azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr olunmuş “19 yaşlı xilaskar” sənədli filminin təqdimatındakı çıxışı zamanı söyləyib.

O, Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin olduqca təqdirəlayiq olduğunu söyləyib: “Azərbaycan Prezidentinin həm torpaqları işğaldan azad etməsi, həm də qısa zamanda həmin ərazilərin sosial-iqtisadi inkişafına nail olması da dünyaya nümunədir. Prezident İlham Əliyev dünyaya göstərdi ki, problemləri, münaqişələri həll etmək üçün düşməni təkcə tənqid etmək və ya onu zorla danışıqlar masasında oturtmaq bəs etmir. Ona öz gücünü də göstərməlisən”, – deyib.

Politoloq bildirib ki, bu gün Azərbaycanın və Gürcüstanın bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaranıb. Ağdam rayonu işğaldan azad edildikdən sonra Gürcüstanın Xobi şəhəri arasında əlaqələri bərpa etmək üçün gözəl imkan yaranıb.

“İnanıram ki, Ağdam və Xobi şəhərləri arasında əlaqələr bərpa edildikdən sonra bu iki şəhər arasında əməkdaşlıq sürətlə inkişaf edəcək və digər bölgələr üçün yaxşı nümunə olacaq”,- deyə L.Mamaladze vurğulayıb.

Əvvəlki xəbər

Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması tarixi bir andır

Növbəti xəbər

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Növbəti xəbər

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Browse by Category

  • Digər
  • Dünya
  • Gündəm
  • Heydər Əliyev İli
  • İqtisadiyyat
  • Qarabağ
  • Qərbi Azərbaycan
  • Seçilmiş xəbərlər
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xüsusi
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • Texnologiya
  • Dünya
  • İqtisadiyyat
  • Xüsusi
    • Heydər Əliyev İli
      • Qarabağ

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.