İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Psixi sağlamlığımızı qoruyaq” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirilib

3 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Oktyabrın 18-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Briliyi və “Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə 10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda psixoloji maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda metodist Məhəmməd Cəfərov, “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, Mərkəzin əməkdaşları, həmçinin, tələbələr, müəllimlər, həkimlər, valideynlər iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu kimi tədbirlərin rayon ərazisində keçirilməsi, rayon sakinləri arasında psixoloji maarifləndirmə işlərinin aparılması təqdirəlayiqdir. K.Cəfərova qeyd edib ki, bununla vətəndaşların bilik və bacarıqları daha da artmaqdadır. Bu cür tədbirlərin keçirilməsinə görə “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbər və kollektivinə minnətdarlığını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, Psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Loqos” Psixoloji və Nitq Mərkəzinin çoxsahəli fəaliyyəti barədə geniş məlumat verib. E.Mirzəyeva bu gün cəmiyyət arasında ən çox yayılan stres və onların həll yolları, psixi sağlamlıq anlayışı, psixi sağlamlığın əlamətləri və göstəriciləri mövzularında öz bilik və bacarıqlarını tədbir iştirakçıları ilə bölüşüb.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin regional direktoru, psixoloq Günay Hüseynova çıxışında artıq 10 ildir ki, fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq Mərkəzinin ölkəmizin ən böyük psixoloji mərkəzi olaraq paytaxt Bakıda və regionlarda 10 filialla fəaliyyətini davam etdirdiyini bildirib. Qazaxda fəaliyyət göstərən Mərkəzin də bütün psixoloji problemlərlə bağlı peşəkar fəaliyyətini layiqincə davam etdirdiyini bildirən G.Hüseynova bundan sonra da xalqımızın psixoloji sağlamlığının formalaşması istiqamətində uğurlu fəaliyyətini davam etdirəcəyini qeyd edib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin baş uşaq psixoloqu Xəyal Bayramov çıxışı zamanı travma sonrası stres pozuntusu, onun əlamətləri, pozuntunun simptomları haqqında çıxış edərək tədbir iştirakçılarına öz tövsiyələrini verib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin klinik psixoloqu Sona Davudova çıxışı zamanı müasir dövrdə psixi sağlamlıq mövzusunda öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək günümüzdə baş verən dəyişikliklər fonunda cəmiyyətin psixi sağlamlıq dərəcəsi, əsas üzləşilən problemlər barədə fikirlərini söyləyib, öz tövsiyələrini verib.

Mərkəzin psixo-pedaqoqu Səlmi Əsgərova, loqopedi Aytac Nəbiyeva xüsusilə son dönəmlərdə geniş yayılan psixi və nitq inkişaf ləngiməsi, kəkələmə, dislaliya haqqında çıxış edərək bu problemlərin uşaqlar arasında get-gedə artdığını, zamanında tədbirlər görülməzsə, psixoloji problemin daha da özünü qabarıq şəkildə göstərəcəyini bildiriblər.

Mərkəzin inkluziv təhsil mütəxəssisi Aynurə Sarıyeva tədbir iştirakçıları üçün inkluziv təlim nədir, uşaqların inkluziv təhsilə yönlənməsinin əhəmiyyəti, inkluziv uşaqların sosial mühitə adaptasiyası mövzularında tədbir iştirakçıları üçün vacib məlumatlar verib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda metodist Məhəmməd Cəfərov tədbirin təşkilatçılarına razılığını ifadə edərək bu cür tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, “Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə anoloji tədbir Quba rayonunda da keçirilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Füzulinin abadlaşdırılmasında tarixi ənənələr qorunur

Növbəti xəbər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

Əlaqədar Xəbərlər

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

2 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

2 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

2 həftə əvvəl
“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycanın iqtisadi dayanıqlıq modeli

2 həftə əvvəl
Növbəti xəbər
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

47 dəqiqə əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

4 saat əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

4 saat əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

9 saat əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.