İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Sentyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

YAP Sədrinin müavini ilə TBMM Sədri arasında görüş keçirilib

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində oktyabrın 6-da Ankarada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.

YAP nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnunluğunu ifadə edən TBMM-in Sədri, İstanbul millət vəkili Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz dostluq və qardaşlıq örnəyi kimi istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də regional əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Parlament sədri Azərbaycan ilə Türkiyənin bir-birinin milli maraqları və dövlətçilik mənafelərini beynəlxalq arenada layiqincə müdafiə etdiklərini vurğulayıb. “Bu gün qürur hissi və minnətdarlıqla qeyd edirik ki, Azərbaycan növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyəyə öz qardaş dəstəyini göstərir. Türkiyə də öz növbəsində Azərbaycanın yanında olduğunu, xüsusilə də onun haqlı və ədalətli mövqeyini dəstəklədiyini qətiyyətlə ifadə edir” ,- deyən N.Kurtulmuş Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

TBMM-in Sədri iki ölkə arasında parlamentlərarası əməkdaşlığın önəmindən də söz açıb. O, qardaş ölkələrin qanunverici orqanlarında Azərbaycan-Türkiyə dostluq qruplarının fəaliyyətinin, eyni zamanda, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. O bu kontekstdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən addımların atılmasının ortaq hədəflərin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TBMM-in sədri seçilməsi münasibətilə Numan Kurtulmuşa bir daha təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb. YAP Sədrinin müavini Azərbaycan ilə Türkiyənin “bir millət, iki dövlət” fəlsəfəsi əsasında ortaq dəyərlərə, milli maraqlara və ümumi hədəflərə uyğun uğurla fəaliyyət göstərərək strateji müttəfiqlik münasibətlərini dərinləşdirdiklərini diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri – cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində inkişaf edir: “Biz unikal dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri qurmağa müvəffəq olmuşuq. Bütün sahələrdə çoxşaxəli əlaqələrin genişləndirilməsi, işbirliyinin daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü addımlar atılır. Xüsusilə də, 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin uğurla icra olunması həm Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin inkişafı, həm də regionda dayanıqlı sülh, davamlı sabitlik və təhlükəsizlik, etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir”.

Tahir Budaqov 44 günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini xüsusi olaraq diqqətə çatdırıb. YAP Sədrinin müavini ikili standartlara, qərəzli və qeyri-obyektiv münasibətə baxmayaraq, Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işini qələbə ilə yekunlaşdırdığını, əzəli və əbədi torpağı olan Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam bərpa edən ölkəmizin haqlı və ədalətli mövqeyinin qardaş Türkiyə tərəfindən qətiyyətlə müdafiə olunmasının böyük mənəvi-siyasi önəm daşıdığını bildirib. Tahir Budaqov postmüharibə dövründə ölkələrimizin təşəbbüslərinin inkişafa xidmət göstərdiyini, Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak etməsinin daha bir qardaşlıq və dostluq nümunəsi kimi təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində həm parlamentlər, həm də hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirib. Siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli yerə malik olduğunu söyləyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib.

Daha sonra arşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya da iştirak ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə millət vəkilləri – YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Sədrinin müavini AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini ilə görüşüb

Növbəti xəbər

YAP nümayəndə heyətinin qardaş Türkiyədə görüşləri davam edir

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

2 ay əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

AZƏRBAYCAN–FƏLƏSTİN ƏLAQƏLƏRİ: SİYASİ HƏMRƏYLİKDƏN STRATEJİ ƏMƏKDAŞLIĞA DOĞRU

2 ay əvvəl
Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

2 ay əvvəl
Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
Qərbi Azərbaycan

Gənclər Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

2 ay əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

3 ay əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

3 ay əvvəl
Növbəti xəbər
YAP nümayəndə heyətinin qardaş Türkiyədə görüşləri davam edir

YAP nümayəndə heyətinin qardaş Türkiyədə görüşləri davam edir

Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

36 dəqiqə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

41 dəqiqə əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Tarixi Qələbənin ünvanları: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

46 dəqiqə əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

20 Sentyabr – tarixi Zəfərdən Böyük Qayıdışa 

51 dəqiqə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

59 dəqiqə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.