İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Avqust, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ceyhun Bayramov Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sentyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb. Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.

Ermənistanın regionda “gərgin humanitar vəziyyət” və “blokada” olması ilə bağlı əsassız iddialar irəli sürməsi fonunda “Ağdam-Xankəndi” yolunun açılması ilə paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi təklifinin rədd olunmasının vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakterli olduğunu göstərdiyi bildirilib.

Xüsusilə, Ermənistan tərəfindən ölkəmizə qarşı siyasi və hərbi təxribatların artdığı bir şəraitdə bu kimi addımların beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sentyabrın 8-i Ümumdünya Fizioterapiya Günüdür

Növbəti xəbər

Səfir Azərbaycana gələn israilli turistlərin sayını AÇIQLADI

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

4 həftə əvvəl
Növbəti xəbər
Səfir Azərbaycana gələn israilli turistlərin sayını AÇIQLADI

Səfir Azərbaycana gələn israilli turistlərin sayını AÇIQLADI

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

5 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

5 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

5 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.