İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Modern.az və “Nar” ən yüksək bal toplayanları mükafatlandırdı – FOTOLAR

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sentyabrın 7-i Modern.az İnformasiya Agentliyi və “Nar” şirkətinin birgə təşkilatçılığı ilə ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə 10 ən yüksək bal toplamış abituriyentlər, onların ailə üzvləri, millət vəkilləri iştirak edib.

Tədbirdə açılış nitqini “Nar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əziz Axundov edib. O bildirib ki, “Nar” şirkəti artıq belə tədbirlər keçirməyə vərdiş edib. Ə.Axundov yüksək bal toplamış abituriyentlərin digərlərinə də nümunə olduğunu vurğulayıb.

Daha sonra yüksək bal toplayan abituriyentlərin mükafatlandırma mərasimi keçirilib.

İlk mükafat Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova tərəfindən 693 bal toplayan 169 saylı məktəbin şagirdi olmuş Ləman Quliyevaya təqdim edilib.

692 bal toplayan Cavid Nəzərov və 690 bal toplamış Mikayıl Cəfərli isə mükafatlarını millət vəkili Fatma Yıldırımdan alıblar. Xanım deputat hər iki abituriyentə öz xoş arzularını çatdırıb və uğurlar diləyib.

Bundan sonra Milli Məclisin digər deputatı Şahin İsmayılov kürsüyə dəvət olunub. O, 687 bal toplayan Emil Cəfərov və 686 bal toplamış İsmayıl Abdullayevin mükafatlarını təqdim edib.  Deputat universitet illərinin önəmindən bəhs edib: “İnsan həyatının ən önəmli dövrlərindən biri tələbəlik illərinə təsadüf edir. Bu illərdə  adam yeni dostlar qazanır. Universitet illəri gələcək üçün planların qurulduğu bir dönəmdir. Bu gənclərimizin də geniş imkanları olacaq. Çünki ölkədə 300 gənclər təşkilatı var. Bir daha uğurlar!”.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da çıxış edib.

“Ali məktəbə qəbul olmaq bütün abituriyentlərin arzusudur. Valideynlər də övladlarının ali məktəblərə qəbulunu daim arzu edir. Bu gənclərimizi təbrik edirik. Bəli, yüksək bal toplamaq önəmlidir. Ancaq bu, əsas deyil. Çünki bəzi yüksək bal toplayanlar sonradan arxayınlaşır. Mən bu gənclərin uğur tendesiyalarını davam etdirməsini arzu edirəm. Bir də universitetdə təcrübəyə getmək lazımdır. Bəzi tələbələr 4 il universitetə gedib gəlirlər. Axırda təcrübəyə getmirlər. Beləliklə də, iş tapmaqda çətinlik çəkirlər. Təcrübəyə getmək vacibdir. Ümumiyyətlə, bizim gələcəyimiz sizsiniz. Siz daha çox çalışmalısınız. Sonda layihənin təşkilatçılarına öz təşəkkürümü bildirimək istəyirəm”, – deputat deyib.

Çıxışından sonra deputat Fərman Salmanov adına məktəbin şagirdi olmuş və qəbulda 686 bal toplayan Mehin Əliyevanı təbrik edib.

Ardınca Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxış edib və tələbəlik illərinin önəmini diqqətə çatdırıb: “Bu illərdə yeni tanışılıqlar üçün fürsət yaranır. Bu dövrdə tələsməyə ehtiyac yoxdur. Qazanılan uğurları da özünüz üçün böyütməyin. Çünki uğurlar hələ qabaqdadır. Ən əsası vətən üçün çalışın. Vətən mənə nə edib yox, mən vətənə nə etmişəm sualını verin”.

Sevinc Fətəliyeva 24 saylı tam orta məktəbin şagirdi Nicat Səmədlinin mükafatını ona təqdim edib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı gənclərə öz tövsiyələrini verib:

“Öyrəndiklərinizə həmişə diqqət yetirin. Sual verməyi bacarın. Yaxşı mənada hər şeyə şübhə ilə yanaşın.  Suallarınıza cavab tapdıqda yeni suallar verin ki, yeni nəsə ortaya qoyasınız. Düşünürəm ki, bəzilərində olduğu kimi bu gənclərdə də uğur baş gicəllənməyə səbəb olmayacaq”.

Texniki Humanitar Liseyin şagirdi olmuş qəbulda 686 bal toplayan Saud Hüseyn mükafatını Elçin Şıxlıdan alıb.

Sonda Modern.az İnformasiya Agentliyinin direktor müavini Pərvin Arzuqızı çıxış edərək bu günün qəhrəmanlarını təbrik edib.

“Əziz tələbələr, günümüzün qəhrəmanları sizləri ürəkdən təbrik edirəm. Düşünürəm ki, sizin üçün hər şey qarşıdadır. Sizlər bundan sonra da öz üzərinizdə daha çox çalışmalısınız. İnanırıq ki, istər ölkə daxilində, istərsə də  ölkə xaricində Azərbaycanın adını yüksək tutmaqla gələcək nəsillərə örnək olacaqsınız. Sonda əziz tələbələr, harada olmağınızdan asılı olmayaraq, hər birinizə əsl azərbaycanlı olmağı arzu edirəm”, – deyə o, sözlərini yekunlaşdırıb.

Türkiyə Dəyanət Vəqfinin məzunu olmuş və qəbulda 686 bal yığan Elvin Axundov mükafatını Pərvin Arzuqızından alıb.

1277401

1277402

 

1277413

1277417

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müstəqilliyin dönməzliyi

Növbəti xəbər

Gənclərin paytaxtında “Gənclərin şəxsi inkişaf düşərgəsi” başlayıb

Əlaqədar Xəbərlər

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

3 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Dövlət Bayrağı Gününün mənəvi əhəmiyyəti

3 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

“Konstitusiya və Suverenlik İli”-bir-birini tamamlayan iki tarixi hadisə

3 həftə əvvəl
Növbəti xəbər
Gənclərin paytaxtında “Gənclərin şəxsi inkişaf düşərgəsi” başlayıb

Gənclərin paytaxtında “Gənclərin şəxsi inkişaf düşərgəsi” başlayıb

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.