İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı.

Cənab Prezident bununla bağlı bir neçə dəfə Ermənistana xəbərdarlıq eləmişdi. Söhbət ondan gedir ki, 2020-ci ildəki qələbədən sonrakı dövrdə də biz ermənilərin bu yolla silah daşıdığının şahidi idik. Dəfələrlə bizim ərazimizdə mina daşınaraq basdırıldığını, çoxsaylı insanların minaya düşməsini yaxşı xatırlayırıq. Həmin müddətdə ümumilikdə 300 nəfərə yaxın şəxs minaya düşüb. Bu da kiçik rəqəm deyil. Həmin minalar 2020-ci ildən sonra istehsal olunan minalardır.

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Laçın sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir.

Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətlərinə fərqli don geyindirməyə çalışır. Rəsmi İrəvanın riyakarlığı və məkrli xisləti burada da özünü açıq aydın göstərir. Humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır.

Bu mənətəqənin qurulmasında əsas məqsəd isə hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərinin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub.

 

Ceyhun Məmmədov,

Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını inamla davam etdirəcəyik

Növbəti xəbər

Azərbaycan növbəti dəfə ermənilərin və havadarlarının çirkin oyunlarını ifşa etdi – AÇIQLAMA

Əlaqədar Xəbərlər

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Siyasət

Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”

6 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Siyasət

“Azərbaycan Korsika məsələsinin beynəlxalq gündəmdə yer almasına mühüm töhfə verdi”

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

1 həftə əvvəl
Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir
Siyasət

Azərbaycan və Əlcəzair arasında siyasi, humanitar və parlament əlaqələri genişləndirilir

2 həftə əvvəl
Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”
Siyasət

Deputat: “Azərbaycan-Türkmənistan beynəlxalq nəqliyyat marşrutlarının əsas iştirakçılarıdır”

2 həftə əvvəl
Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur
Siyasət

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

1 ay əvvəl
Növbəti xəbər
Azərbaycan növbəti dəfə ermənilərin və havadarlarının çirkin oyunlarını ifşa etdi – AÇIQLAMA

Azərbaycan növbəti dəfə ermənilərin və havadarlarının çirkin oyunlarını ifşa etdi - AÇIQLAMA

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

17 saat əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

17 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

2 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.