İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 Noyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Nəhayət, karikaturaçı Gündüz Ağayev mahiyyətini, məqsəd və məramını tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Əslində, bilərəkdən və ya bilməyərəkdən özünü ifşa etdi. Guya indiyə qədər ərsəyə gətirdiyi “işlər” ədalət naminə imiş. Guya azərbaycanlıların yaxşılığını istəyirmiş. Məlum olur ki, çəkdiyi rəsmlər, sadəcə, müqəddimə idi. Auditoriya toplayır, gəlişi gözəl sözlər kimi, cazibədar karikaturalar hazırlayır və məqam çatdıqda, əsas olan missiyasını – havadarlarına xidməti yerinə yetirir. Özü də elə bir mövzuda mahiyyətini ortaya qoyur ki, ölkədə bu yöndə fərqli qütblərdə dayananlar bütün fərdlər, təşkilatlar eyni amal uğrunda fəaliyyət göstərir və göstərməlidir də.

Qarabağ mövzusu 10 milyon azərbaycanlının deyil, dünya azərbaycanlılarının ən ümdə mövzularından biridir və ya birincisidir. Üstəlik, Xankəndiyə göndərilən TIR-lar dövlətin ərazi bütövlüyü və təhlükəsizliyi istiqamətində atılan addımdır ki, buna nəinki daş, heç tük də atılmamalıdır.

 

Bir nəfər yaxşı yazmışdı: Arutyunyanın oğlu Gündüz Ağayev. Doğru da qeyd etmişdi. Belə insanın ünvanına ola bilsin, təhqir niyyəti ilə yazılan cümlədir. Amma inanın ki, gündüzkimilər üçün bu tərif iltifatdır. Onlar elə sevinir ki, havadarlarının istədiyi “medalı”, “iltifatı” əldə edirlər. Biz görmüşükmü, Avropada və ya digər onların dili ilə desək, əziz-xələf Qərbdə insan haqlarını tapdaq altına alan hadisələr baş verdikdə, Arutyunyanın oğulları hansısa “sənət əsəri” ortaya qoysunlar?! Axı onlarkimilər həmişə siyasi əxlaqdan, şərəfdən, haqq-ədalətdən dəm vurur. Ədalət, şərəf, əxlaq bu işin harasındadır.

Keçən dəfə gündüzkimilərin yandaşlarından biri Pakistandakı müsəlmanların kilsəyə hücumunun, xristianlar üçün müqəddəs sayılan İncili yandırmasının görüntülərini paylaşır. Amma buna qədər müsəlmanların müqəddəs saydığı Quranın ardıcıl yandırılmasına isə bir öskürəklə reaksiya vermir. Davamlı olaraq müsəlmanlar provakasiyaya çəkilir, dəfələrlə müsəlmanlar səbir göstərir, nəhayət, təhqirlərə dözə bilməyən insanlar təxribatın qurbanı olur. Bunu isə ədalət carçıları dərhal paylaşır və guya ifşa edirlər. Edirlər, bəli, amma özlərini…
Bunlar kimilərin fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, hamısının mahiyyətini sezmək mümkündür. Guya qarınlarının ağrısı insanların rifahı, azadlığıdır. Nə zaman sağlam təkliflə çıxış etdiklərini görmüşük?! Dağıdıcı, inkişaf gətirməyəcək fikirləri ilə – əgər buna fikir demək mümkündürsə – havadarlarının əlinə oynayırlar və istədiklərini qismən əldə edirlər. O mənada ki, maddi yöndə qazanırlar.

Azərbaycan xalqı sayıqdır, kimlərin nəyə xidmət etdiyini görür və görməkdədir. Bəlkə də o karikaturaçının həmin rəsmi çəkməyi yaxşı oldu ki, hər şey daha da aydınlaşdı.

Zamanında politoloq Vəfa Quluzadə elə AzadlıqRadiosunun efirində onları ifşa etmişdi.
Mərhum ekspert belə deyirdi: “Sizin radionuz da Amerikanındır. Hamınız Ermənistana bəraət qazandırmaq istəyirsiniz. Onları doğru çıxarmağa çalışırsınız. Bizə divan tutmaları, qanun pozmaları nəzərə alınmır. ABŞ Konqresində erməni kokası var. Sizi onlar maliyyələşdirir. Bu, həqiqətdir”.

Bəli, Vəfa müəllim qarşı tərəfi mahiranə nokaut vəziyyətinə salmışdı. Xidmətçi jurnalist isə hıqqana-hıqqana qalmışdı. İndi elə həmin mətbu orqana işləyən Arutyunyanın oğlundan – təbii ki, söhbət karikaturanın müəllifindən gedir, başqa nə gözləmək olardı ki?!

Foto və məqalənin müəllifi: Samir Mirzə (Miri)

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Laçın həqiqətləri

Növbəti xəbər

Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

2 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

4 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

4 həftə əvvəl
Növbəti xəbər
Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

Şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib – FOTO
Gündəm

Şəhid Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib – FOTO

5 gün əvvəl
Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları
Gündəm

Elman Nəsirovla bağlı yayılan videolar kimlərin sifarişidir? – Qızının həqiqət etirafları

1 həftə əvvəl
2-ci Şuşa Qlobal Media Forumunun qlobal əhəməyyəti
Gündəm

Azadlıqdan sonra dirçəliş

1 həftə əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Qubadlı – Azərbaycan xalqının qürur mənbəyi

1 həftə əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.