İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 May, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Laçın həqiqətləri

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev Laçına səfəri çərçivəsidə bir neçə müəssisə və obyektin təməlini qoyub.

Biz adətən xüsusi dövlət bayramlarında Bakıda atəşfəşanlığın olduğunu görmüşdük. Heç kimin ağılına gəlməz.di ki, nə vaxtsa Azərbaycanın işğal altında olan rayonlarında da belə atəşfəşanlıqlar olacaq. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azda olunması ilə xalqmız üçün bir çox ağılagəlməz həqiqətlərə qarşılaşdı. Baxmayaraq ki, Ermənistanın bu əraziləri “ölü torpaq”lara çevirməsi hər bir soydaşmızı, o cümlədən dünyanı şoka salmışdı. Amma ötən ilin noyabrında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilməsi haqqında sərəncam verdikdən sonra bu ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Sərəncamda da bildirildiyi kimi, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Artıq Böyük Qayıdışa başlanılmışdır. Və rayonların sakinlərinin hər bir qaydışı təntənə ilə qeyd edilir. Eyni zamanda işğaldan azad olunan rayonların adına bayram günləri keçirilir. Bununla da bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı var. Sərəncamda qeyd edildiyi  kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bəli, Azərbaycan xalqı böyük qürur hissi ilə işğaldan azad olunan rayonların şəhər günlərini qeyd edir. İlk belə təntənəli tədbir Laçında təşkil edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanmışdır. İki gün davam edən tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etmişdirlər. Dövlətimizin başçısı tədbirdə çıxış edərək demişdir ki, biz öz doğma torpağımızda qürurla yaşayırıq: “Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır”. Qeyd edək ki, Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olmuşdur. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilmiş, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olmuş, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndirmişlər. Cənab Prezident deyib ki, biz xoşbəxt günləri yaşayırıq: “Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”. Onu da deyək ki, avqustun 26-da ilk dəfə keçirilən “Laçın Şəhəri Günü”nü münasibəti ilə möhtəşəm atəşfəşanlq da olmuşdur. Bu atəşfəşanlıq çox böyük maraqla qarşılanmışdır.

Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Gördüyümüz kimi, dövlətimiz Laçını yenidən qurub yaradıb. Prezident İlham Əliyev Laçına səfəri çərçivəsidə daha bir neçə müəssisə və obyektin təməlini qoyub. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub. Cari ilin avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin də təməli qoyulub. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Laçında bütün infrastruktur yenilənir. Bundan sonra laçınlılar öz doğma ata-baba yurdlarında rahat və təhlükəsiz yaşaya biləcəklər.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yenidən canlanan Laçın

Növbəti xəbər

Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

Əlaqədar Xəbərlər

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
Sosial

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

48 dəqiqə əvvəl
“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

2 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

7 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Avropa Parlamentinə sərt tənqid

2 həftə əvvəl
Abşeron komandası böyük uğura imza atıb
Sosial

Abşeron komandası böyük uğura imza atıb

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan idmanının yüksəlişi və davamlı uğurlar

3 həftə əvvəl
Növbəti xəbər
Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir

12 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

14 dəqiqə əvvəl
Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib
Gündəm

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

17 dəqiqə əvvəl
EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
Sosial

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

48 dəqiqə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bu forumun Bakıda təşkil olunması beynəlxalq birliyin ölkəmizə olan inamının və hörmətinin bariz ifadəsidir

22 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.