İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Avqust, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Bu, bütövlükdə Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinin inkişafına töhfə verəcək – AÇIQLAMA

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xarici siyasətin əsas prioriteti hesab edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ikitərəfli əməkdaşlıqla yanaşı, çoxtərəfli formatlarda əməkdşalıq edilməkdədir. Bildiyiniz kimi, hazırda Azərbaycan-Türkiyə-Özbəkistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qırğızıstan üçtərəfli formatda, bundan əlavə olaraq Türk Dövlətlər Təşkilatında çoxtərəfli formatda əməkdaşlıqlar mövcuddur. Azərbaycan yerləşdiyi əlverişli coğrafi məkandan istifadə etməklə Cənubi Qafqazla Mərkəzi Asiya və Avropa, Yaxın Şərq, Şimali Afrika, Şərqi Asiya ölkələri arasında güclü əlaqə rolunu oynamaqdadır”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Şahin İsmayılov Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərini və onun əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, yeni dünya düzəni və İkinci qarabağ savaşından sonra Azərbaycan bölgədə yaratdığı yeni geosiyasi reallığa uyğun olaraq siyasətini yürütməkdədir. “Yeni geosiyasi reallığın tələbi təkcə enerji, iqtisadi sahədə regional əməkdşalıq deyil, eyni zamanda logistik sahədə əməkdşalığın inkişaf etdirilməsidir. Cənab Prezidentin qlobal çağırışların tələbinə uyğun şəkildə yürütdüyü çevik siyasət nəticəsində Azərbaycan təkcə enerji, iqtisadi sahədə deyil, eyni zamanda logistik bir qovşağa çevrilməkdədir. Belə bir imkanlara sahib olmağımız digər ölkələrin Azərbaycanla əməkdaşlığa sövq edir”, – o qeyd edib.

Deputat əlavə edib ki, son illərdə Azərbaycanın Mərkəzi asiyanın ən güclü və strateji cəhətən çox böyük əhəmiyyət kəsb edən qardaş Özbəkistanla da münasibətlərimiz davamlı şəkildə inkişaf etməkdədir: “Son bir neçə ildə Azərbaycan Özbəkistan əlaqələri yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Bu iki ölkə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsindəki münasibətlər kimi dəyərləndirmək olar. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər, yeni razılaşmalar, Özbəkistanın işğaldan azad olunmuş ərazilərimizin bərpasına qardaş dəstəyi göstərərək Füzuli şəhərində məktəb binası tikməsi və digər sahədəki əməkdşalıqlar bunun bariz nümunəsidir.

Hesab edirəm ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana reallaşan növbəti səfəri, burada imzalanan sənədlər, işaldan azad olunmuş Füzuliyə səfəri və orada Özbəkistanın dəstəyi ilə tikilən məktəbin açılışında iştirakı əməkdaşlığımızın daha üst səviyyəyə qalxmasına, iki ölkə arasında dostluq, qardalıq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Bu səfər təkcə iki ölkə arasındakı əlaqələrin inkişafına deyil, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə, Cənub-Şərqi, Mərkəzi Avropa, Yaxın şərq, Şimali Afrika ilə əlaqələrə müsbət təsirini göstərmiş olacaq. O baxımdan Özbəkistan prezidentinin Azərbaycana səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında necə mühüm rola malik olan ölkə olduğunu göstərir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qarabağda türk birliyinin bariz nümunəsi

Növbəti xəbər

Qardaşlıq əlaqələrinin önəmli amili

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
Qardaşlıq əlaqələrinin önəmli amili

Qardaşlıq əlaqələrinin önəmli amili

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

2 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

3 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.