Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi, indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur.
Məlum olduğu kimi, respublikamızın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da daim ölkə Prezidenti, cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu gün, Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa ölkə Prezidenti, cənab İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Bu məqsədlə Naxçıvana dövlət büdcəsindən lazımi vəsait ayrılır. Ölkə başçısının tapşırığı ilə Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcəkdir. Sözügedən proqram tam icra ediləcək, çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də, qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik. Naxçıvan Muxtar Respublikası istehlak nöqteyi-nəzərindən kifayət qədər çox böyük ərazi deyil. Qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası bazarının mövcudluğu, həmçinin, indiyədək onlarla olan enerji mübadiləsi təcrübəsinin olması imkan verir ki, Naxçıvan nəinki regionda, hətta, dünyada örnək “yaşıl enerji” məkanına çevrilsin. “Cəbrayıl” enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə, Avropaya ötürülməyə imkan yaradacaq. Bununla da, Naxçıvan “yaşıl enerji”nin istehsalı və is¬tehlakı ilə bərabər, ixracının da həm mən¬bəyi, həm də, marşrutuna çevriləcək. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə “yaşıl enerji” mərkəzi kimi inkişafı strateji əhəmiyyətə malikdir.
Hər bir ölkənin, respublikanın, o cümlədən, Naxçıvan Muxtar Respublikasının inamlı inkişafı üçün elektrik enerjisi birinci şərtdir. Enerji hər bir inkişafın təməlində dayanan ən vacib amildir. Bu gün, Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvanın reallıqları belədir ki, su elektrik stansiyalarının fəaliyyəti sayəsində Naxçıvanın tam enerji təminatı həll edilib. Naxçıvanda həyata keçirilən bu layihələr muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayaraq, ümumilikdə, ölkəmizin enerji təhlükəsizliyinə töhfə verir. İqtisadi səmərəlilik və enerji potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik olan stansiyaların işə salınması ilə muxtar respublikanın elektrik enerjisinə olan tələbatının böyük hissəsi su elektrik stansiyaları hesabına ödəniləcəkdir. Belə stansiyaların fəaliyyətə başlaması Naxçıvanın iqtisadi inkişafının təmin edilməsində də müstəsna rol oynayır. Bundan başqa, bu cür layihələr sosial məsələlərin həlli üçün nəzərdə tutulan işlərin uğurla, həm də qısa müddətdə reallaşmasına yardım edir. Bütün bunlar ölkə Prezidenti, cənab İlham Əliyevin belə vacib və strateji əhəmiyyət kəsb edən layihələrin icrasına daim diqqətlə yanaşdığını bir daha təsdiqləyir. Artıq, Naxçıvan şəhəri gözəlləşir, abadlaşır, sosial proqramlar icra edilir, sosial infrastruktur layihələri uğurla həyata keçirilir. Əlbəttə ki, Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün, biz ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasəti uğurla davam etdiririk.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Respublikasıın ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikası müasir çağırışların, yeni reallıqların işığında bundan sonra, yalnız inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacaqdır. Bu qədim diyar nəinki bölgədə, hətta, bütün dünyada örnək olan “yaşıl enerji” məkanına çevriləcəkdir…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi