İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Avqust, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Fransa od içində: mini-diktatorun taxtı yanır

3 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Fransa alovlar içindədir: 17 yaşlı müsəlman ərəb gəncin güllələnməsindən sonra ölkənin müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Prezident Emmanuel Makronu qəddarlıqda və diktatorluqda suçlayan fransalılar bu gün də küçələrə çıxacaqlar.

Parisin qərb həndəvəri, Nanter şəhərciyi. Məhz bu şəhərdə 17 yaşlı, əlcəzairli mühacirlərin ailəsində doğulmuş Nael Mohammədi polislər güllələyiblər.

Fransa prezidenti Emmanuel Makron baş vermiş faciədən “şoka düşdüyünü” bəyan etsə də, DİN rəhbərliyinə “daha genişmiqyaslı etiraz aksiyalarına və xaos yaratmaq cəhdləri ilə iğtişaşlara hazır olmaq, qanunsuzluqların qarşısını ən sərt şəkildə və qətiyyətlə almağı” tapşırıb.

Nael Mohammədin amansızlıqla qətlə yetirilməsi fransalıların səbr kasasını daşdırıb, Makrona olan nifrəti maksimuma çatdırıb. Çünki son ilyarım ərzində artıq 15-ci vətəndaş polislər tərəfindən qətlə yetirilib.

Vətəndaşları xüsusilə sinirləndirən məqam polis yol patrulların maşınları saxlayarkən sürücülərlə kobud və tərbiyəsiz davranışlarıdır.

Bu günə olan rəsmi açıqlamalara görə, 17 yaşlı N.Mohamməd sükanı arxasında olduğu Marcedes avtomobilini Nanter küçələrindən birində patrul polislərinin saxlama əmrinə rəğmən, tam dayanlırmayıb. Daha sonra polislər onu təqib edərək saxlayıblar və bir neçə yol-hərəkət qaydasını pozmaqda ittiham ediblər.

Fransanın Daxili İşlər Nazirliyinin yaydığı rəsmi bəyanata görə, Nael “polisləri yaralamaq, onlara xəsarət yetirmək üçün avtomobili polislərin üzərinə sürmək istəyib”. Lakin hadisənin videokadrlarında aşkar görünür ki, iki polis əməkdaşı maşını saxlayıblar və bu zaman polislərdən biri tapançasını çıxararaq Naeli nişan alıb, sonra atəş açıb.

“Yeniyetmə həlak oldu. Bu hadisə bağışlanılmaz və anlaşılmazdır. Bu hadisə bütün milləti narahat edib”, – Emmanuel Makron bəyan edib.

Faciədən bir neçə saat sonra Nanterdə genişmiqyaslı etiraz aksiyalrı başlayıb. Polislər aksiya iştirakçılarına qarşı göyaşardıcı qazdan və qaz qumbaralarından istifadə ediblər.

Daha sonra Anyer, Klermon-Ferran, Lilli, Amyen, Sent-Etyen, Dijon, Strasburq, Lion, Jevil, Vilnöv, Aryer sür Sen, Kolomb, Süren, Obervil, Klişi su Bua və Mant la Joli şəhərlərində aksiyalar başlanıb.

Küçələrə çıxanlar Naelin qətlində suçlu olanların cəzalandırılmasını, Daxili İşlər Nazirliyində və ümumiyyətlə, hüquq-müzafizə orqanlarında ciddi islahatların aparılmasını tələb ediblər.

Bu günədək 150 nəfər saxlanılıb, 40 polis əməkdaşı xəsarət alıb, 53 avtomobil yandırılıb.

Aksiya iştirakçıları arasında ən populyar şüar isə belədir: “Bəlkə həqiqəti öyrənmək üçün televizorları söndürək?!” Şüar Fransadakı dövlət və özəl telekanallarda N.Mohammədin qətli ilə bağlı informasiyaların yalan olduğunu, Emmanuel Makronun hakimiyyətin dezinformasiyalar yaymaq və propaqanda ilə məşğul olmaq məziyyətlərini göstərir.

Fransada yaşananlar sadəcə, vətəndaşların polis özbaşınalığına qarşı etirazı deyil.

Proseslər cəmiyyətin Emmanuel Makron hakimiyyətindən, bu “Enfant terrible”dən, siyasətin və hakimiyyətin “yaramaz uşağı”ndan usandığını göstərir.

Pensiya islahatları ilə bağlı Fransada milyonlarla insanın iştirak etdiyi nəhəng etiraz aksiyaları səngiməmiş vətənadaşlar yenə küçələrə çıxaraq bu dəfə fərqli tələblər səsləndiriblər.

Əslində, yeni tələblər əvvəlki istəklərin formaca müxtəlif, mahiyyət etibarilə isə eyni modelidir.

Fransalılar Emmanuel Makrondan, onun yarıtmaz daxili siyasətindən, volüntarist qərarlarından, bisavad göstərişlərindən və bacarıqsız xarici siyasətindən beziblər.

Makron prezident postundan kənar tutulmalı diletant olduğunu növbəti dəfə sübut etdi.

Problem həm də ondadır ki, Şarl De Qollun 65 il əvvəl kəşf etdiyi kvazimonarxik hakimiyyət sisteminin elitasına son onilliklərdə formalaşan nifrət artıq pik həddə çatıb.

Emmanuel Makronun bərbad idarəetməsi xalqın qəzəbini həddən ziyadə artırıb. 2018-2019-cu illərdə “sarı jiletlilər”in üsyanı xalqın hökumətə nəzarət etmək istəyinin ilk cəhdi idi. İndisə fransalılar təəccüblə etiraf edirlər ki, Emmanuel Makronun hakimiyyət imkanları parlamentlə xalqın səlahiyyətlərindən dəfələrlə üstündür.

Bu isə frasnızların ölkənin idarəetmə sisteminə olan etibarının faktiki olaraq dağılması deməkdir. Pensiya islahatlarına görə küçələrə çıxaraq etiraz edən milyonlarla insanın qəzəb tonqalının alovlanması üçün indi kiçik qığılcım yetər.

Son 234 ildə Fransada bütün hakimiyyət rejimlərinin dəyişməsi silahlı inqilablar və ya məğlubiyyətlə başa çatmış müharibələrdənn sonra olub. Beləliklə, aydın olur ki, hazırda Fransada yaşanan böhran konstitusion əsasıl deyil, bilavasitə Emmanuel Makrona antipatiyanın kritik həddə çatması ilə bağlıdır.

Emmanuel Makron nədənsə hesab edir ki, onun özü üçün yaratdığı əlahiddə konstitusion səlahiyyətlərdən istədiyi kimi istifadə edə bilər. Fransanın dövlət başçısının mövqeyi Şarl de Qoll Konstitusiyası ilə yanaşı, bütün fransız tarixinin yanlış anlaşılmasıdır.

“Konstitusion legitimliyi”nə maniakal səviyyədə bağlı olan Makron hələ Bastiliyanın alındığı gündən bəri ölkə tarixində olan digər legitimliyi unudur: ölkə hakimiyyəti xalqın səsini dinləməlidir.

“Sarı jiletlilər”in xaotik çıxışları xəbərdarlıqla yanaşı, Beşinci Respublikanın niyə mövcud olmasının xatırladılması idi. Heç bir iki “Gilets Jaunes” hansısa mövzu ilə bağlı uzunmüddətli razılaşma əldə edə bilməz. Xalq Makronun hakimiyyətinə və bu hakimiyyəti tərifləyənlərə, qoruyanlara nifrət edir.

Fransada 4-cü Respublikanın mövcud olduğu 12 ildə 28 hökumət dəyişib və bəxi hökumətlərin ömrü cəmi bir neçə gün olub. Bəhs etdiyimiz səbəbdən Şarl de Qoll 1958-ci ildə Frasnanın xalis parlament demokratiyası sisteminə uyğun olmadığı qərarına gəldi. Daha sonra yeni sxem yaradıldı və həmin sxemə əsasən dövlət başçısı prezident oldu, gündəlik idarəetmə isə siyasətçilərlə texnokratlara verildi.

O sxem indi də qaldığından Frasanın Konstitusiyası demokratik dövlətlər arasında anomaliya sayılır.

Emmanuel Makron parlament və prezident idarəetməsi sxemlərinin qarışığı olan 6-cı Respublika qurmaq istəsə də, onun səriştəsizliyi, bir çox məsələlərdə diletantlığı buna imkan verməyəcək.

Fransada konstitusional islahatların vacibliyindən çox bəhs etmək olar, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının, polislərlə jandarmların etiraz aksiyaları zamanı vətəndaşlara az qala divan tutduqları şəraitdə gözləntilər mənasızdır.

Emmanuel Makronun “sərt davranın” göstərişindən sonra aksiyaları yatırmaq və dağıtmaq istəyən polislər qarşılarına çıxanları döyür, təpikləyir, amansızlıq və vəhşilik nümayiş etdirirlər.

Yelisey Sarayının indiki sahibinin mövqeyi, davranışı anlaşılandır – siyasi cırtdanların hamısında bu xüsusiyyət var. Necə ki, əsl diktatorlar həmişə demokaratiyadan, hakimiyyəti qəsb edərək ölkədə mahiyyətcə totalitar sistemi quraşdırmağa çalışdıranlar insan haqlarından və vətəndaş azadlıqlarından danışmağı çox sevirlər.

Emmanuel Makronyn xarici siyasətdəki sürəkli uğursuzluqları, Avropa İttifaqı çərçivəsində əzəli geosiyasi rəqib Almaniyanı üstələyərək lider mövqe tutmaq cəhdləri, xüsusilə də Aralıq dənizi hövzəsi, Şimali Afrika, Yaxın Şərq və Cənubi Qafqazda Türkiyəni kölgəyə çəkilməyə vadar edərək önə çıxmaq istəyi paroksizm təsiri bağışlayır.

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesində açıq-aşkar şəkildə dağıdıcı və destruktiv mövqe tutan, Ermənistanı silahlandırmağa başlayan, İrəvana tam dəstək verərək ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı təzyiq vasitəsi qismində istifadə etməyə çalışan Emmanuel Makronun diplomatik cəhdləri total məğlubiyyətlərlə müşayiət olunur.

Xarici siyasətdəki uğursuzluğun yaratdığı mənfi effekti daxili siyasətdəki avtokratik meyllər və xalqın dəstəyinin minimuma enməsi daha da ağırlaşdırır.

Fransızların dediyi kimi, Makronun taxtı indi alovlanıb, yanır…

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

AzTV-nin əməkdaşlarına Fransada hücum olub

Növbəti xəbər

Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

4 həftə əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

5 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

6 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

5 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.