İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 İyun, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Müşfiq Səfərov: Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyun ayının 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsinin iqtisadi əhəmiyyəti çox böyükdür. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də, Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır. Bəyannamənin imzalanması tarixinin rəmzi mənası da olduqca əhəmiyyətlidir.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm bir ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Vətən xainləri: Xəyanətdən satqınlığa uzanan “uğurlu yol”

Növbəti xəbər

Deputat: Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır

Əlaqədar Xəbərlər

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

1 saat əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

5 saat əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

10 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

2 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

3 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Deputat: Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

1 saat əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

5 saat əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

5 saat əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

10 saat əvvəl
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.