İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, milli maraqlar üzərində qurulan siyasət həyata keçirən Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini uğurla inkişaf etdirir. Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi-siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər müxtəlif çərçivələrdə inkişaf etdirmişdir. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa ilə Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də, Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır. 1996-cı ildə imzalanmış Lüksemburq şəhərində imzalanmış, 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.1998-ci il tarixində Avropa İttifaqı Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir. Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, Şərq Tərəfdaşlığının çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Avropa İttifaqı 2-ci yerdə dayanır.
Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra, Avropa İttifaqı Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir.
Tərəfdaşlıq Prioritetləri aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı ehtiva edir:
1. Qurumların gücləndirilməsi və yaxşı idarəçilik
2. İqtisadi inkişaf və bazar imkanları
3. Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti
4. Yerdəyişmə və insanlar arasında əlaqələr
Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı, biri-birilərinin müstəqilliyinə, suverenliyinə hörmət və bu prinsiplərin dəstəklənməsinə sadiq qalmaqla öz aralarında münasibətlərini daha da inkişaf etdirmək məqsədi daşıdıqlarını bildirirlər. Hazırda sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində iş aparılır.
Onu da qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. Hazırda Azərbaycanın gündəliyində 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpası, oraya Böyük Qayıdışı təmin etmək üçün zəruri infrastrukturun yaradılması prioritet istiqamət təşkil edir. Avropa şirkətləri də işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına qoşulmağa böyük maraq göstərirlər.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Naxçıvana Türkiyədən çəkilən qaz kəməri vasitəsilə yanacağın verilməsi gündəmdir”-Aydın Hüseynov

Növbəti xəbər

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

Əlaqədar Xəbərlər

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

3 gün əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

4 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

4 gün əvvəl
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
Siyasət

“Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır”

5 gün əvvəl
Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu
Siyasət

Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu

5 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Siyasət

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

2 həftə əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

14 saat əvvəl
Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

14 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

17 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Zəngilan şəhərinin yeni siması

17 saat əvvəl
“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Zəngilan genişmiqyaslı bərpa və quruculuq məkanına çevrilib”

19 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.