İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

2 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycan tarixində mühüm siyasi əhəmiyyətə malik hadisədir. Müstəqilliyinin ilk illərində ciddi siyasi, iqtisadi böhranla üzləşən ölkəmiz böyük uçurumla üz-üzə idi. Xalqımız böyük müdriklik nümayiş etdirərək, dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə gətirdi. Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsi ölkənin sonrakı siyasi və iqtisadi inkişafı üçün mühüm zəmin yaratdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

“Müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca mürəkkəb dövr idi. Ermənistanla müharibə, ərazilərin işğalı, ölkə daxilində siyasi qarşıdurmalar və ağır sosial-iqtisadi vəziyyət dövlətçiliyimizin gələcəyi üçün ciddi təhdidlər yaradırdı. 1993-cü ilin iyununda Ulu Öndərin Bakıya qayıdışı və həmin il oktyabrın 3-də Prezident seçilməsi ilə Azərbaycanın inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Ölkədə dövlət idarəçiliyi mexanizmləri formalaşdırıldı, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısı alındı, ordu quruculuğuna, iqtisadi və siyasi islahatlara başlanıldı. Sistemli şəkildə atılan addımlar nəticəsində ölkəmiz qarşılaşdığı böhrandan üzüağ çıxdı, tərəqqi yoluna qədəm qoydu”, – deyə Şahin İsmayılov bildirib.

1995-ci ildə ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyanın qəbul edilməsinin önəmindən bəhs edən Şahin İsmayılov qeyd edib ki, Konstitusiyada demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərinin təsbit edilməsi dövlət institutlarının fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirdi. “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq”, – deyən Ulu Öndər müstəqil Azərbaycanın dövlət quruculuğu konsepsiyasının əsas istiqamətlərini müəyyənləşdirdi.

Siyasi sabitliyin təmin edilməsinin iqtisadi inkişaf üçün də yeni imkanlar yaratdığını söyləyən komitə sədri bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, xarici investisiyaların cəlb edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından mühüm hadisə oldu. Sonrakı illərdə həyata keçirilən enerji və nəqliyyat layihələri ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaratdı.

“Dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərləri azərbaycançılıq anlayışının tərkib hissəsi kimi qiymətləndirən Ümummilli Liderimizin fəaliyyətində azərbaycançılıq ideologiyasının formalaşdırılması da xüsusi yer tuturdu. Milli-mənəvi dəyərlərin qorunması, ana dilinin inkişafı və dünya azərbaycanlılarının həmrəyliyi bu ideologiyanın əsas istiqamətlərini təşkil edirdi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi”, – deyə Şahin İsmayılov vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirildiyini söyləyən komitə sədri ötən illər ərzində müstəqilliyimizin əsaslarının daha da gücləndirildiyini, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirildiyinin, ölkəmizdə sosial-iqtisadi tərəqqiyə nail olunduğunu, xalqın rifahının yüksəldiyini vurğulayıb.

“Ümummilli Liderin siyasi irsinin əhəmiyyəti, həmçinin Azərbaycanın uzunmüddətli inkişafını təmin edən siyasi, iqtisadi və ideoloji əsasların formalaşdırılması ilə bağlıdır. Ulu Öndər müdrik və ölçülüb-biçilmiş qərarları, qətiyyətli mövqeyi, zəngin dövlətçilik təcrübəsi ilə ölkənin mövcud problemlərinin həllini gələcək inkişaf hədəfləri ilə əlaqələndirən dövlətçilik modeli yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən dövrdə keçdiyi inkişaf yolu, qazandığı uğurlar, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası Ulu Öndərin siyasi irsinin tarixi əhəmiyyətinin əyani təsdiqidir”, – deyə komitə sədri qeyd edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib

Növbəti xəbər

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

Əlaqədar Xəbərlər

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı
Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

1 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

1 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

3 oktyabr 1993-cü il – Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

1 gün əvvəl
Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub
Gündəm

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

2 gün əvvəl
Gənclərin idmana marağı artır
Gündəm

Bu gün, artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir

2 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

2 gün əvvəl
Növbəti xəbər
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı
Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

1 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

1 saat əvvəl
3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır
Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

2 saat əvvəl
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib
Sosial

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib

6 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

3 oktyabr 1993-cü il – Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.