İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

2020-ci ildən başlayaraq TAP layihəsi vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir

2 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri tarixi hadisədir. Eyni zamanda, İtaliya rəhbərinin Bakı səfəri iki ölkə arasında artıq uzun illərdir davam edən strateji münasibətlərin intensiv şəkildə irəliləməsinin əyani göstəricisidir. Azərbaycanın xarici siyasət kursunda İtaliya ilə əlaqələrin daha da irəliyə aparılması mühüm yer tutur. Bu gün İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari, nüfuzlu tərəfdaşıdır. İtaliya  prezidenti isə Azərbaycanı ölkəsi üçün ən nüfuzlu tərəfdaşlardan biri kimi təqdim etdi. Son illərdə Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. Məsələn, 2025-in ilk iki ayında ticarət həcmi 2024-ün eyni dövrü ilə müqayisədə 24,6% artaraq 2,28 milyard ABŞ dollarına çatıb ki, burada Azərbaycandan edilən ixrac da mühüm üstünlük təşkil edib.  Görünən odur ki, strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycan və İtaliyanı həm də möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Burada etibarlı tərəfdaşlıq amili ən başlıca şərtlərdəndir. Bundan başqa, tərəflər arasında münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır.Məhz bu baxımdan, İtaliya hər zaman Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olacaq.  Bu səfərin həm beynəlxalq kontekst, həm enerji təhlükəsizliyi baxımından, həm də iqtisadi-ticari və humanitar istiqamətlərdə əhəmiyyətli nəticələri olacaq.

İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi bu əlaqəlrin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin bu quruma üzv dövlətlərin rəsmiləri daim yüksək qiymətləndirirlər. Keçirilən görüşlərdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Azərbaycan və İtaliya prezidentlərinin mətbuata bəyanatları zamanı cənab İlham Əliyev bildirdi ki, energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir. Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan-İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. Azərbaycan və İtaliya Prezidentlərinin  təkbətək və geniş tərkibdə görüşlərində  “Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür” söyləyən cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır.  Oktyabrın 1-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin açılışı dostluğumuzu daha da möhkəmləndirəcək.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Cəbrayılın inkişaf perspektivləri

Növbəti xəbər

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

59 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

2 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

2 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

4 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

8 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

1 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

59 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

2 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur

2 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Qardaşlıq üzərində qurulan münasibətlər

4 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Sabitliyin və əməkdaşlığın nümunəsi

8 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.