İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Fevral, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

4 saat əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

Ulu Öndər Heydər Əliyev (8 dekabr 2002-ci il)

Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və  fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı  üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan  dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bizlər Azərbaycanın gənc nəsilləriyik. Biz nə qədər örnək və savadlı olsaq ölkəmiz də bir o qədər irəlidə olar.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Hamımızın ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun! Sevinirəm ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar.  “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu inkişafın, tərəqqinin təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Hər bir tarixi gün keçilən yola  bir baxış keçirməyi  zərurət kimi ortaya qoyur. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də  gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları,  cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən  həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur.

Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.  Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

44 günlük müharibədə Şanlı Zəfər qazanan Azərbaycanın ən böyük uğuru onun vətənpərvər ruhda yetişdirdiyi gənclər idi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

Növbəti xəbər

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

Əlaqədar Xəbərlər

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

2 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

3 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

4 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Gündəm

Gəncliyə verilən dəyərin təcəssümü

7 saat əvvəl
Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib
Gündəm

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

22 saat əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi
Gündəm

Təhsil infrastrukturu yenilənir: Qalaqayın kənd məktəbi

2 saat əvvəl
YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib

3 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Ceyhun Məmmədov: Gənclərimiz dövlətimizin diqqət və qayğısını yüksək qiymətləndirməlidir

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Gənclərin beynəlxalq təmsilçiliyinə dəstək

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.