İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 May, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Ədalətin, azadlığın və təhlükəsizliyin təminatı

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması işləri mütəmadi olaraq davam etdirilir

Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Regionların tarazlı inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması və s. sahələrdə qəbul edilmiş bir sıra normativ hüquqi aktlar, qanunverici sənədlər və dövlət proqramları Azərbaycan iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyası, özəl bölmənin inkişafı, regionların əsaslı surətdə dəyişməsi üçün möhkəm zəmin yaradıb. Bununla belə, ölkə iqtisadiyyatının prioritet sahələri nəzərə alınmaqla, qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması işləri mütəmadi olaraq davam etdirilir. Nəzər çatdıraq ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası müasir universal dəyərlərə əsaslanır. Ümummilli Lider Heydər Əliyev demişdir ki, Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir: “Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir”. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”. Hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xətti Konstitusiyada yer alan bu fikirlərlə tam səsləşir.

Azərbaycanda referenduma çıxarılan məsələlərə cəmiyyətin müxtəlif təbəqələri hər zaman böyük maraq göstərib. Bu xüsusda dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

Konstitusiya islahatlarının aparılması siyasi zərurətdən yaranmışdır. Bu, ölkənin siyasi gündəmində sosial sifariş kimi qəbul edilmişdir. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklər edilməsi haqqında” Referendum aktı təsdiqləndikdən sonra ölkədə müxtəlif partiyaların referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakı ilə ölkənin müxtəlif şəhər və rayonlarında, kənd və qəsəbələrində seçicilərlə görüşlər keçirilmişdir.  Müşahidələr və eləcə də seçkisonraşı nəticlər götərmişdir ki,  Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Konstitusiyaya əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəkləmişlər.

Azərbaycanın seçki proseslərindən uğurla çıxmasının başlıca səbəblərindən biri dövlətin daim xalqla ünsiyyətdə olması, onların fikirlərini açıq-aydın öyrənməsidir. Bu şəffaflıq həmişə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib.

Kostitusiyada əlavə və dəyişikliklərin ölkəmizdə demokratiyanın inkişafına xidmət göstərib. Çünki bu əlavə və dəyişikliklərin arxasında duran niyyətlər safdır. Bütün bunlar Azərbaycan dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsinə, konstitusion əsasların daha da gücləndirilməsinə, eyni zamanda Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının hüdudlarının genişləndirilməsinə, onların daha etibarlı müdafiəsinin təşkil edilməsinə xidmət edir.

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanı inkişafa aparan Konstitusiyamız 

Növbəti xəbər

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Sosial

Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhə verdiyi töhfə

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixdən alınan miras

4 həftə əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Sosial

Azərbaycanın yaşıl enerji potensialı artırılır

1 ay əvvəl
Çoxillik münaqişənin sonu
Sosial

Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlıq münasibətləri güclənir

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

İnsanlıq əleyhinə törədilən cinayətlər

2 ay əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Novruz: həmrəylik və birlik bayramı

2 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır
Gündəm

Yeni sənədlər Azərbaycan-Vyetnam strateji əməkdaşlığının praktiki müstəvidə genişləndirilməsinə zəmin yaradır

2 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Gənclərimiz Heydər Əliyev ideyalarının davamçısı olaraq çıxış edirlər

1 gün əvvəl
Türkiyəli qonaqlar “Loqos”da olublar
Gündəm

Türkiyəli qonaqlar “Loqos”da olublar

1 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Bu qərar hamımızı sevindirir və qürurlandırır” – Ehtiram Mehtiyev

1 gün əvvəl
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir
Gündəm

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.